ABB səhmlərilə bağlı ekspert proqnozu - İNVESTORLARA FAYDALI MƏLUMAT
ABB-nin (Azərbaycan Beynəlxlaq Bankı) 322 000 000 ədəd səhmi kütləvi təklif edilir. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir o qədər artır. Əgər abunə yazılışı dövründə toplanılan sifarişlərin həcmi əlavə buraxılan səhmlərin sayından, yəni 322 000 000 ədəd səhmdən çox olsa, o zaman daha yuxarı qiymətlə verilmiş sifarişlər ilk növbədə təmin ediləcək.
İnvestor Klub-un təsisçisi Mansur Məmmədov hesab edir ki, Səhmlərin tam yerləşdirilməsindən sonra ABB-nin nizamnamə kapitalı 1,3 milyard manatı ötəcək.
"Sərbəst dövriyyədə olan səhmlərin ümumi həcmi tam yerləşdirmə başa çatdıqdan sonra bütün səhmlərin 6,6%-nə çatacaq. Səhmlərin sentyabr ayında Bakı Fond Birjasında ticarətə çıxarılması planlaşdırılır.
Bank hər səhmini başlanğıc qiymət olaraq 0,27 AZN-dən təklif edir. Bu qiymət yüksək dividend gəliri təmin etməklə yanaşı, Bank of Georgia və TBC Bank kimi regional bankların səhm qiyməti təklifi ilə müqayisədə daha sərfəli və cəlbedicidir.
İnvestor Klub-un ABB səhmləri üçün hədəf qiyməti hər səhmə 0,45 AZN olaraq müəyyənləşib. Bu da 67% potensial artım təklif edir. Bu hədəfin üç üsulla əldə ediləcəyi gözlənilir: hədəf P/B nisbəti; 2024-cü il üçün dividend gəliri; əlavə olaraq, 10%ehtimalla ən yaxşı ssenari kimi Kaspi Bankın (Kz) 2024-cü il üçün güman edilən P/E nisbətinə əsasən səhmləri 1,06 AZN dəyərində proqnozlaşdırırıq.
Biz səhm üzrə mənfəətin (EPS) əvvəlki illərə uyğun olaraq artacağını gözləyirik. Əvvəlki ilə uyğun gəlirliliyi qoruyub saxlamaqla və tarixi divident ödəmə əmsalına riayət etməklə, bank xalis gəlirinin təxminən 40%-ni dividend kimi bölüşdürüb. Bu yanaşma 2022-2023-cü illər üçün 15% dividend gəliri ilə nəticələnib və 2024-cü ildə də nominal qiymətlə (27 qəpik) təxminən 13-14% olacağı gözlənilir".
Mansur Məmmədov qeyd edib ki, dövlətə məxsus aktivlər arasında ABB investor marağı üçün cəlbedici biznesdir:
"Bank müasir korporativ idarəetmə standartlarına riayət edir. Mütəmadi olaraq maliyyə hesabatlarını təqdim edir, kapital bazarlarında təcrübəyə malikdir və şəffafdır. ABB sürətlə böyüyür, onun gəlirliliyi ən qabaqcıl regional oyunçularla müqayisə edilə bilər. Bank müntəzəm olaraq səhmdarlarına dividendlər ödəyir. Bu da maliyyə sağlamlığının yaxşı göstəricisidir.
ABB səhmlərinin uğurlu yerləşdirilməsi, eləcə də təkrar bazarın mövcudluğu investorlara qazanc əldə etməyə imkan verəcək. Bu, yerli kapital bazarının inkişafı üçün də çox vacibdir və daha çox şirkətin öz səhmlərini Fond Birjasında listinq edərək ticarətə çıxarmasına yol aça bilər".
Qeyd edək ki, ABB səhmlərinə abunə yazılışının müddəti 11.06.2024 - 10.09.2024 tarixi aralıqlarını əhatə edir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
- 17 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Ən çox oxunanlar
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti







.jpg)




.jpg)







