Türkiyənin vergi rekordçuları siyahısında ilk üçlük dəyişməz qalıb
Türkiyənin Gəlirlər İdarəsi 2023-cü ildə vergi rekordçularını açıqlayıb. 2022-ci ildə olduğu kimi, 2023-cü ildə də Selçuk Bayraktar, Haluk Bayraktar və Rahmi Koç ilk üçlükdə yer alıb.Türkiyənin Gəlirlər İdarəsinin (Gelir İdaresi Başkanlığı) açıqladığı siyahıya görə, Selçuk Bayraktar 2023-cü ildə gəlir vergisi üzrə rekordçu olub. Bayraktar hesablanmış 1,95 milyard Türkiyə Lirəsi (TL) gəlir vergisi ilə birinci olub.
Marja xəbər verir ki, Bayraktarın ardınca öz ailəsindən olan başqa bir iş adamı Haluk Bayraktar gəlir. Haluk Bayraktarın 2023-cü ildə hesablanmış vergisi 1,68 milyard TL olub.
İki Bayraktardan sonra 2023-cü ildə Rahmi Koç gəlir. Rahmi Koçun hesablanmış vergisi 480 milyon TL təşkil edib.
2023-cü ildə siyahıda adlarını açıqlamayan adların sayı diqqət çəkib. Yalnız 27 vergi ödəyicisi öz adlarının Gəlirlər İdarəsinin 100 nəfərlik siyahısında açıqlanmasına razılıq verib.
Mənfəət vergisində isə banklar ilk yerlərdədir. "Ziraat Bankası" 2023-cü il üçün hesablanmış 22,75 milyard TL vergi ilə birinci yerdədir. Növbəti yerlərdə 21,87 milyard TL ilə Garanti BBVA və 12,56 milyard TL ilə Akbank gəlir.
Real sektorda vergi rekordçusu 6,28 milyard TL ilə Mercedes-Benz Türk AŞ şirkəti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















