Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb
Hazırda ölkə üzrə 119 500 hektarda innovativ suvarma sistemləri tətbiq edilir, bu ümumi suvarılan ərazilərin 8,05 %-ni təşkil edir.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbir deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatına yararlı torpaqların 1,5 milyon hektar hissəsi suvarılan torpaqlardır ki, bunun 77,5 %-i əkin, 8,6 %-i çoxillik əkmələr, 13,9 %-i isə digər sahələr (biçənək, örüş, həyətyanı və s.) təşkil edir.
Nazir müavini bildirib ki, son illərdə azalan su ehtiyatları, quraqlıq, daşqınlar, torpağın deqradasiyası və digər ekstremal hava hadisələri dünya üzrə fermerlərə böyük çətinliklər yaradır:
“Əksər hallarda bu təsirlər kiçik fermer təsərrüfatlarına və kənd icmalarına daha çox təsir edir. Çünki onlar təbii resursların azalması və iqlim şəraitinin dəyişməsinə qarşı daha həssasdırlar. Azərbaycanda kənd təsərrüfatı sektoru iqtisadiyyatımızın və cəmiyyətimizin mühüm bir hissəsidir. Bizim məhsullarımız həm yerli, həm də beynəlxalq bazarlarda yüksək qiymətləndirilir. Lakin, iqlim dəyişikliklərinin təsirlərinə məruz qalma riski ilə üzləşdiyimizdən, biz kənd təsərrüfatımızı daha dayanıqlı etmək üçün tədbirlər görməliyik. Bu kontekstdə, su idarəetmə sistemləri mühüm rol oynayır".
İlhamə Qədimova qeyd edib ki, Azərbaycanda son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















