Çindən Kanadaya reaksiya - “Səhvinizi dərhal düzəldin”
Pekin administrasiyası Kanadanın elektriklə işləyən avtomobillərə və Çindən idxal edilən polad və alüminium məhsullarına əlavə gömrük tarifləri tətbiq etməsini tənqid edib.Çin Ticarət Nazirliyindən yaydığı açıqlamasında, Kanada hökumətinin həyata keçirməyə qərar verdiyi əlavə tarif artımların və digər məhdudlaşdırıcı tədbirlərin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına zidd olduğu bildirilib.
Marja-nın məlumatına görə, açıqlamada vurğulanıb ki, Çinin elektromobil və digər sənaye sahələrinin inkişafı müqayisəli üstünlüklərə və açıq rəqabətə əsaslanır, eyni zamanda iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə və yaşıl transformasiyaya töhfə verir.
Qeyd edilib ki, Kanada azad ticarəti və ÜTT qaydalarını açıq şəkildə pozur və əlavə tariflər tətbiq edir.
Açıqlamada, Kanada hökumətinin davranışının "ticarət proteksionizminin tipik bir nümunəsi" olduğu vurğulanıb və aşağıdakılar qeyd edilib:
"Kanadanın bu addımı qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə xələl gətirəcək, qlobal iqtisadi sistemi, iqtisadi və ticarət qaydalarını pozacaq, Çin və Kanada arasında iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcək, bu da hər iki ölkənin şirkətlərinin maraqlarını pozacaq, Kanadalı istehlakçıların rifahı və Kanadanın yaşıl transformasiyasına və iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylərə zərər verəcək".
Açıqlamada Çinin öz şirkətlərinin qanuni hüquq və mənafelərini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyi bildirilib və Kanada tərəfini “səhv addımlarını dərhal düzəltməyə” çağırıb.
Kanadada baş nazir Kastin Trüdonun (Justin Trudeau) rəhbərlik etdiyi hökumət oktyabrın 1-dən Çindən idxal edilən elektrik avtomobillərinə 100 faiz, oktyabrın 15-dən isə alüminium və polad məhsullarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Beləliklə, Kanada bu məhsullara ABŞ ilə eyni dərəcədə gömrük tarifləri müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 6 d. əvvəl
-
19 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 36 d. əvvəl
-
52 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)








.jpg)









