Çin şirkətinin qurucusu 18 gündə “ən varlı adam” titulunu itirdi
Çinin e-ticarət nəhəngi Temu-nun qurucusu Kolin Huanq (Colin Huang) 18 gündə "Çinin ən varlı adamı" statusunu itirib.Məşhur Çin e-ticarət platforması Temu-nun sahibi olan PDD Holding Group-un qurucusu Kolin Huanq (Colin Huang) “Çinin ən zəngin adamı” statusunu itirib.
PDD Holdings səhmlərinin ucuzlaşması ilə Huanqın sərvəti 14,1 milyard dollar azalıb.
Bloomberg Billionaires Index-in məlumatına görə, Huang 35,2 milyard dollarlıq sərvətlə 4-cü yerə düşüb.
Huang avqustun 8-də qablaşdırılmış su satışından zənginləşmiş Zhong Shanshan-ı geridə qoyaraq Çinin ən varlı adamı ollmuşdu. Zhong bazar ertəsi günü 50 milyard dollarlıq sərvətlə yenidən 1-ci yerə yüksəlib.
PDD-nin gəlirləri rüblük olaraq analitiklərin təxminlərindən aşağı olub və satışların yavaşlayacağına dair xəbərdarlıqlar edilib. Şirkətin baş direktoru Chen Lei, müxtəlif cəbhələrdə artan rəqabətin olduğunu və gəlir artımının istər-istəməz təzyiqə məruz qalacağını bildirib.
Keçmiş Google mühəndisi Huang 2015-ci ildə PDD-ni qurub və 2021-ci ilin əvvəlində Huang-ın xalis sərvəti 71,5 milyard dollara çatıb. Temu alış-veriş platforması digər platformalardan daha ucuz olması ilə seçilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















