Bakıda GAC markasının yeni Satış və Servis mərkəzi açıldı - FOTOLAR
(®) 22 avqust tarixində "AUTO Azərbaycan" şirkəti dünyada tanınan avtomobil markalarından biri olan GAC-nin yeni "Showroom" və Servis Mərkəzinin açılışını böyük təntənə ilə qeyd edib. Tədbirə avtomobil sektorunun peşəkarları, media nümayəndələri və tanınmış qonaqlar qatılıb.
Açılışda "AUTO Azərbaycan" şirkətinin rəhbəri Emil İsmayılov çıxış edərək, GAC brendinin Azərbaycanda təqdim etdiyi modelləri və gələcək planlarını izah edib. O, həmçinin GAC avtomobillərinin texniki xidmətlərinin və ehtiyat hissələrinin satışının "AUTO Azərbaycan" tərəfindən həyata keçirildiyini bildirib.
Daha sonra GAC-nin Mərkəzi Asiya ölkələri üzrə meneceri Ms. Duana da mərasimdə çıxış edərək, GAC markasının regionda artan nüfuzundan və gələcək planlarından bəhs edib. Onun çıxışından sonra media nümayəndələrinə marka haqqında ona suallar ünvanlamaq imkanı yaradılıb.
Lent kəsimindən sonra, qonaqlar GAC markası və onun fəaliyyəti barədə geniş məlumatlar alıblar. "AUTO Azərbaycan" şirkətinin nümayəndəsi Emil MəmmədovGAC markasının ölkəmizdəki fəaliyyətindən bəhs edib. Həmçinin, GAC modellərinin Toyota mühəndislərinin iştirakı ilə yaradılan GPMA platformasında hazırlandığı qeyd olunub.
"Auto Azərbaycan" şirkətinin AION elektrik avtomobillərinin Azərbaycandakı rəsmi və eksklüziv distribütoru olduğu da tədbirdə xüsusilə vurğulanıb.
Mərasimin davamında, qonaqlara GAC avtomobilləri barədə ətraflı məlumat verilib və Test Drive üçün qeydiyyat prosesi başlayıb. Qonaqlar, həmçinin GAC Servis Mərkəzi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Gecənin sonunda isə, bütün iştirakçılara canlı Test Drive imkanı təqdim olunub.
Tədbirin yekununda, "AUTO Azərbaycan" və GAC adından bütün media nümayəndələrinə xüsusi hədiyyələr təqdim olunub.
GAC haqqında ətraflı məlumat üçün rəsmi veb-saytı ziyarət edə bilərsiniz:
Ünvan: Babək pr, 61C, Otoplaza Mall
Telefon: +994 (050) 400 09 89
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























