Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 15 birgə layihənin maliyyələşdirilməsini təhlil edir
Hazırda Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 15 birgə layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil aparır.
Marja xəbər verir ki, bu barədə Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirilib.
Sahibkarlar investisiya şirkətinin imkanlarından yararlanmağa dəvət edilib.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalına malikdir.
Qeyd ediək ki, Daşkənd şəhərində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı, avtomobil sənayesi, nəqliyyat-logistika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.
Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
Vurğulanıb ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Keçirilən birgə işgüzar tədbirlərin yeni layihə və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də bu sahədə təşəbbüslərin uğurla reallaşdırılması baxımından mühüm rolu qeyd olunub. İki ölkənin qarşılıqlı iqtisadi-ticarət münasibətləri də inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Özbəkistanla investisiya sahəsində işbirliyi isə çoxtərəfli xarakter daşıyır. 2024-2025-ci illər üçün iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə dair birgə yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu kontekstdə 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin rolu xüsusi qeyd edilib. Hazırda şirkətin 15 birgə layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil apardığı diqqətə çatdırılıb. S
Bununla yanaşı, ölkələrimizin regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində uğurlu ortaq fəaliyyətindən bəhs edilib. “Yaşıl” enerjinin Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Avropaya ixracının önəmi vurğulanıb.
Forumda Azərbaycanda investorlar üçün yaradılan əlverişli biznes və investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təqdim etdiyi imkanlar haqqında məlumat verilib.
Tədbirdə, həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, “Businesstex” şirkətinin baş direktoru Nodir Pulatov, “Iticket Azerbaijan” şirkətinin baş direktoru Kamran Abasov, “Bazalt Uzbekistan” şirkətlər qrupunun kommersiya direktoru Temur Mamadaminov reallaşdırılan birgə layihələr və ölkələrimizin investisiya perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev qarşılıqlı sərmayə yatırımı imkanları, Özbəkistanın Azərbaycanda fəxri konsulu Kənan Cəlilov isə iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsinə dair çıxış ediblər.
Biznes forum çərçivəsində energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Şəhrisəbz və Beyləqan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlər mübadilə olunub.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 29 d. əvvəl
-
-
44 d. əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
53 d. əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
14 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
14 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
15 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
15 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















