“Azərbaycan Dəmir Yolları”nın tibb müəssisələri digər dövlət orqanlarının tabeliyinə verilir
Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar qəbul edib.
Qərara görə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilsin (siyahı əlavə olunur).
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilsin.
4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.
6. Bu Qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alsın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
-
- 26 d. əvvəl
- 29 d. əvvəl
-
44 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
McDonald’s yenə təəccübləndirdi...
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
























