Startaplara investisiya yatıracaq 25 milyon dollarlıq fond - Azərbaycanda
SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-ın yaradıldığını açıqlayıb.
Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilmişdir.
“SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə "Moonwake Investment", SOCAR, "Integrity Group", Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır.
“SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin "Techplomacy" təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond, innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə təkan verməyi hədəfləyir.
Fondun investisiya strategiyasına görə birinci dərəcəli sahələr “FinTech”, “CleanTech” və “EdTech”-dir. İkinci dərəcəli sahələr isə rəqəmsal sağlamlıq, “AgriTech”, “PropTech” və “LogisticsTech”-dir. SABAH.fund regionda ən perspektivli və yenilikçi texnologiya startaplarına toxumdan əvvəlki (pre-seed) və toxum (seed) mərhələlərində investisiya edəcəkdir.
Fondun idarə olunması geniş təcrübəyə malik olan Rəhim Bayramlı və Abbas Kazmi tərəfindən həyata keçirilir. Rəhim Bayramlı, SABAH.HUB İnnovasiya Mərkəzinin icraçı direktorudur. O, London İqtisadiyyat Məktəbinin (LSE) məzunu olaraq, əvvəllər McKinsey-də strateji məsləhətçi kimi çalışmış, həmçinin “Push30” və “LANDAU School” kimi bir neçə uğurlu layihənin həmtəsisçisidir. Abbas Kazmi isə “Forbes 30 Under 30”, “Maserati 100” kimi nüfuzlu mükafatlarla təltif olunmuş sahibkar və vençur kapital investorudur. O, həmçinin Oksford Universitetinin məzunu və Saïd Biznes Məktəbində Sahibkarlıq Eksperti kimi fəaliyyət göstərmişdir.
Rəhim Bayramlı fondun gələcəyi ilə bağlı fikirlərini bölüşüb: "SABAH.fund qlobal ambisiyaları olan şirkətləri dəstəkləməyə sadiqdir. Məqsədimiz Qafqaz, Orta Asiya və “MENA” regionlarında texnologiya və təhsil üçün innovasiya körpüləri qurmaqdır." Abbas Kazmi isə qeyd edib ki: "SABAH.fund, investorlar üçün həm yüksək maliyyə gəlirləri əldə etməyi, həm də əhəmiyyətli tarixi dəyişikliklərə səbəb olmağı hədəfləyir."
SABAH.HUB İnnovasiya Mərkəzi, üç illik fəaliyyət dövründə yüzlərlə startapın inkişafına dəstək olmuş və minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlanmasını təmin etmişdir. SABAH.HUB-ın əsas missiyası, vençur kapitalı və insan kapitalının inkişafı vasitəsilə startap ekosistemini böyütməkdir. SABAH.fund-ın istifadəyə verilməsi isə innovativ həlləri tam şəkildə dəstəkləməyə hazır olduğumuzu göstərir.
Daha ətraflı məlumat üçün: sabahhub.com/fund
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
11 d. əvvəl
Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur - Birbanklılar üçün daha bir üstünlük
-
19 d. əvvəl
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
-
-
42 d. əvvəl
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
-
1 saat əvvəl
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
- 2 saat əvvəl
-
9 saat əvvəl
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
Rəsmi məzənnələr açıqlandı
İraq neft limanlarının bağlandığını açıqlayıb
Ən çox oxunanlar
Neftin qiyməti yenidən 100 dolları keçdi
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Azərbaycan Prezidentilə Avropa İttifaqı Şurasının Prezidentinin birgə mətbuat bəyanatı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb






















