Mədrəsə və məscid bərpa olunacaq - SATINALMA ELAN OLUNUB
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhərində yerləşən Mədrəsə binasının və Sərşəhər məscidinin bərpa və konservasiyası üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə satınalma elan olunub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Marja-ya verilən məlumatda bildirilir ki, ümumilikdə 570 kv.metrlik ərazidə gücləndirmə, rekonstruksiya və bərpa işləri aparılacaq. Demək yaxında keçmişdən gələcəyə doğru körpü salan bu abidələr ümummilli lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubadın görkəminə xüsusi rövnəq qatacaq.
Qeyd edilib ki, Azərbaycanın Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə Ordubad mədrəsəsi ölkə əhəmiyyətli, Sərşəhər məscidi isə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Zəmanəsinin ən məşhur təhsil ocaqlarından olan mədrəsə erkən memarlıq xüsusiyyətlərinin qorunması baxımından unikal binalardan sayılır. Məscidlərlə zənginliyi baxımdan nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda ilk yerlərdən birini tutan Ordubad şəhərinin möhtəşəm dini abidələrindən biri də Sərşəhər məscididir. Sərşəhər məhəlləsinin mərkəzində yerləşən və “şəhərin başı” mənasını verən məscid tağları ilə məşhur meydanı, mehrabı, sütunları, şəbəkələri ilə maraqlı kolorit təşkil edir.
Hazırda müasirliyi və tarixi özündə həmahəng əks etdirən ulu Naxçıvanda tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası xüsusi diqqət mərkəzindədir. Bu proses “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası çərçivəsində uğurla həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)





