Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir
Yay istirahətinə Azercell-in rouminq internet paketləri ilə!(®) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell 90-dan çox ölkədə fəaliyyət göstərən 210-dan çox operatorun şəbəkəsində müxtəlif həcmli sərfəli rouminq internet paketlərini təklif edir.
Ən böyük məhsul portfeli: Lider mobil operator yerli telekommunikasiya bazarında rouminq internet paketləri üzrə ən böyük məhsul portfelinə sahibdir. Belə ki, Azercell abunəçiləri 100 MB həcmində günlük, 400 MB həcmində 3 günlük, 1 GB həcmində 14 günlük və 3GB həcmində 30 günlük internet paketlərindən yararlana bilərlər. Azercell-in korporativ abunəçiləri həmçinin istifadə müddəti 30 gün olan 10 GB-lıq paketdən də faydalanmaq imkanına malikdirlər.
Rahat və sadə istifadə qaydası: Paketlərin sifariş qaydası çox rahat və sadədir. Belə ki, rouminq internet paketlərini SMS, USSD kod və “Azercell” tətbiqi vasitəsilə aktivləşdirmək mümkündür. Ən əsası isə istifadə zamanı hesablama avtomatik olaraq paketin dəstəklədiyi şəbəkədən aparılır və telefonun ayarlarında prioritet operatorun seçilməsinə ehtiyac qalmır. Ətraflı: Rouminq internet paketləri
“Premium” tariflərinin abunəçilərinə isə seçdikləri tarif paketdən asılı olaraq hər ay 1GB, 2GB və ya 3GB həcmində rouminq internet paketi hədiyyə edilir. Ətraflı: Premium
Azercell-in bütün rouminq internet paketləri çərçivəsində səyahət zamanı WhatsApp-da yazışma ilə yanaşı, “Azercell” tətbiqi, Azercell-in rəsmi saytı və canlı çatdan (Live chat) pulsuz istifadə etmək mümkündür.
Qeyd edək ki, ümumilikdə Azercell-in rouminq xidmətindən mobil operatorun 165-dən çox ölkədə əməkdaşlıq etdiyi 390-dan çox operatorun şəbəkəsinə qoşularaq yararlanmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








