Fitch İsrailin kredit reytinqini aşağı saldı
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Qəzzada davam edən müharibə səbəbindən İsrailin kredit reytinqini "A+"dan "A"ya endirib.Qlobal kredit reytinqi təşkilatı "Fitch Ratings" İsrailin kredit reytinqini "A+"dan "A"ya endirib, proqnozunu isə "mənfi" olaraq təsdiqləyib.
Bu barədə Marja.az "Fitch"in yaydığı açıqlamaya istinadən xəbər verir.
Açıqlamada reytinqin endirilməsinin - Qəzzada müharibənin davam etməsini, geosiyasi risklərin artmasını və hərbi əməliyyatların bir çox sahəyə mənfi təsirini əks etdirdiyi qeyd edilib, İsrailin dövlət maliyyəsinə zərbə vurduğuna diqqət çəkilib.
Açıqlamada bu il İsrailin ümumi daxili məhsulunun (ÜDM) 7,8 faizi həcmində büdcə kəsiri olacağı və borcun ortamüddətli dövrdə ÜDM-in 70 faizinin üzərində qalacağı gözlənilir.
Açıqlamada geosiyasi risklərin də ölkənin mənfi reytinq proqnozunu dəstəklədiyi, Qəzzada qarşıdurmanın 2025-ci ilə qədər davam edə biləcəyi və digər cəbhələrə yayılma risklərinin olduğu vurğulanıb.
"Son hücumlar İsrailin kredit profilinə daha çox xələl gətirə bilər", - xəbərdarlığı edilib
Qeyd olunub ki, münaqişə insan itkiləri ilə yanaşı, əhəmiyyətli əlavə hərbi xərclər, infrastrukturun dağılması, iqtisadi fəaliyyətə və investisiyalara uzunmüddətli ziyan vurması ilə nəticələnə və İsrailin kredit göstəricilərinin daha da pisləşməsinə səbəb ola bilər.
İsrail, İran və müttəfiqləri arasında gərginliyin yüksək olaraq qaldığı qeyd edilən açıqlamada, son hücumların İsrailin kredit profilinə daha da xələl gətirə biləcək gərginlik riskini vurğuladığı bildirilib.
Açıqlamada müharibənin yəqin ki, 2024-cü ilin sonuna qədər davam edəcəyi və gərgin əməliyyatların davam etmə riskinin olduğuna diqqət çəkilərək, bunun təcili hərbi ehtiyaclar üçün yüksək xərclərin davam etməsi və sərhəd bölgələrində istehsal, turizm və tikinti işlərinin dayanması mənasına gəldiyi vurğulanıb.
Fitch-in bəyanatında qeyd olunub ki, iqtisadiyyata və dövlət maliyyəsinə əhəmiyyətli və uzunmüddətli təsir göstərəcək münaqişələrin uzanması və ya kəskinləşməsi reytinqin daha da aşağı salınmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
47 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























