Qlobal bazarlarda böyük çöküş
Qlobal bazarlarda cümə günü ABŞ-da başlamış satış dalğası həftənin əvvəlində Asiya bazarlarında daha da güclənib. Həftənin ilk ticarət günündə qlobal birjalarda kəskin satış təzyiqi müşahidə olunsa da, istiqrazlar bahalaşıb. ABŞ-da Nasdaq fyuçersləri 6 faizə qədər düşüb. Asiyada Yaponiyanın Topix və Nikkei 225 indeksləri öz zirvələrindən 20 faiz aşağı düşərək "ayı bazarına" daxil olublar.ABŞ Mərkəzi Bankının (FED) faiz endirimlərinə gecikdiyi və geosiyasi proseslərin təsiri ilə bağlı olaraq qlobal birjalarda satış təzyiqi yeni ticarət həftəsinin ilk günündə güclənməkdə davam edir.
Marja xəbər verir ki, ABŞ-da cümə günü açıqlanan məyusedici qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatları ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqları daha da artırıb.
Qlobal investisiya bankı Goldman Sachs-ın iqtisadçıları ABŞ-da gələn il tənəzzül ehtimalının 15 faizdən 25 faizə yüksəldiyini, lakin işsizliyin artmasına baxmayaraq bu riskin “məhdud” olaraq qaldığını bildiriblər.
Cümə günü Wall Street indeksləri kəskin ucuzlaşıb, bu səhər də fyuçers indekslərində itkilər davam edir. Nasdaq 100 fyuçers indeksi 2,5 faizdən çox dəyər itirib.
Yaponiyanın Nikkei 225 indeksi bazar ertəsi günü 12,40%, daha geniş TOPIX isə təxminən 12,23% ucuzlaşıb. Hər iki indeks indi iyulda qeydə alınan rekord həddən 20%-dən çox aşağı ticarət edilib və "ayı bazarına" daxil olublar. ABŞ-ın iqtisadi yavaşlaması ilə bağlı artan qorxular fonunda indekslər düşür.
Topix fyuçers indeksindəki itkilər elektrik açarlarını işə salıb. İxracatçı şirkətlərin səhmləri indeksdəki enişlərə səbəb olub, yen dollara nisbətdə 2 faizdən çox bahalaşıb. Cənubi Koreya Fond Birjasındakı kəskin eniş hərəkətlərindən sonra elektron açar indeks əsasında işə düşüb.
Citigroup və JPMorgan sentyabr və noyabr yığıncaqlarında FED-in 0,50 faiz bəndi faiz endirimi edəcəyini gözlədiklərini açıqlayıblar.
İqtisadi şəraitin pisləşməsi ehtimalı ilə riskə əsaslanan səhmlərə "iştahı" azaldığı üçün daha geniş Asiya bazarları aşağı düşüb. Yapon yeni kimi "təhlükəsiz" aktiv bahalaşıb.
Avstraliyanın ASX 200 indeksi, Cənubi Koreyanın KOSPI indeksi də dəyər itiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 11 d. əvvəl
-
- 27 d. əvvəl
- 35 d. əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
-
2 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
PULLU Adam olmaq üçün ilk addımını at ®
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Aprelin 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi






.jpg)
.jpg)




.jpg)






