“PASHA Bank Cup VI” yarışına start verildi
Yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər.(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” gənc istedadlara dəstək göstərilməsi istiqamətindəki fəaliyyətini davam etdirir. Belə ki, Bank, İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca altıncı olan “PASHA Bank Cup” yarışına start verib.
Texnologiya və maliyyə sahəsində yeniliklər etmək və əməkdaşlıq qurmaq üçün parlaq zehinləri və yaradıcı düşüncə sahiblərini bir araya gətirən bu ənənəvi müsabiqədə, məktəblilər, tələbələr və peşəkar proqramçılar fərqli mövzularda biliklərini sınayacaq. Yarış iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün geniş fürsətlər yaradır.
“Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VI” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup VI" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər.
"PASHA Bank Cup VI" yarışsının ilk təsnifat mərhələsi 16-18 avqust 2024-cü il tarixində onlayn rejimdə keçiriləcək. Bu mərhələnin mövzusu “Data strukturları, axtarış və sıralama alqoritmləri” olacaq. İştirakçılardan yarışa başladıqdan sonrakı 4 saat ərzində təqdim edilən 6 sualı bitirmək tələb olunacaq.
“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi 30 avqust -1 sentyabr tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində baş tutacaq.
Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə müsabiqənin müvafiq saytında, "PAŞA Bank"ın sosial şəbəkə platformalarında və rəsmi "Digital Engineering" adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 20 saat sonra
-
- 12 d. əvvəl
-
22 d. əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
- 29 d. əvvəl
-
42 d. əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
1 saat əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Ən çox oxunanlar
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?





















