“Sıfır tullantı” həmrəylik marafonuna start verildi
Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs(®) Kapital Bank ətraf mühitin mühafizəsində yaxından iştirak edərək, korporativ sosial məsuliyyət strategiyasını uğurla davam etdirir. Bu istiqamətdə bankın fəaliyyətini həyata keçirən Qırmızı Ürəklər Fondu, Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır tullantı” həmrəylik marafonuna Göygöl rayonunda start verdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bundan əlavə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ölkəmizin ev sahibliyi etməsi, ətraf mühitin mühafizəsi mövzusunun ölkəmizdə əsas mövzulardan biri olduğunu göstərir.
Göygöl rayonunda baş tutan aksiyada Gəncə–Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən filial şəbəkələrindən 50-yə yaxın əməkdaş könüllü şəkildə iştirak edib. Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində insanları cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov tədbirdə çıxış edərək: “Bu təşəbbüsün məqsədi ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir. Marafon iştirakçıları estafeti bir regiondan digər regiona ötürərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında iştirak edəcəklər” O, həmçinin digər təşkilatları da sosial məsuliyyət strategiyalarına uyğun olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən, cəmiyyət üçün faydalı olan belə təşəbbüslərə qoşulmağa dəvət edib.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























