2024-cü ilin ən böyük IPO-su
Amerikanın qida məhsulları daşıyıcısı və soyuducu anbar operatoru "Lineage" şirkəti 4,4 milyard dollar cəlb edərək 2024-cü ilin ən böyük IPO-sunu həyata keçirib.
IPO-nun bir hissəsi olaraq, "Lineage" 18 milyard dollardan çox qiymətləndirilib. Qiymət diapazonu bir səhm üçün 70-82 dollar arasında idi. Şirkət əvvəlcə 47 milyon səhm satmağı planlaşdırsa da, tələbatın çox olması səbəbindən təklifi artırıb.
Əvvəlki illik IPO rekordu 2023-cü ilin sentyabrında çip istehsalçısı "Arm" tərəfindən müəyyən edilmişdi. Şirkət səhmlərin satışından 4,87 milyard dollar toplamışdı.
Lineage şirkəti 2008-ci ildə yaradılıb. O, məhsulun daşınması və temperatura nəzarət edilən anbar idarəçiliyi üzrə ixtisaslaşmışdır. "Lineage", səhmdarlara dividendlərdən vergiləri azaltmağa imkan verən daşınmaz əmlak investisiya tresti kimi qurulmuşdur. Martın 31-nə olan məlumata görə, şirkətin 19 ölkədə 482 anbarı var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























