Çində inflyasiya proqnozdan aşağı olub - deflyasiya riski azalmayıb və daxili tələb zəif olaraq qalır
Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin hesabatından məlum olur, ərzaq məhsullarının qiymətlərinin orta səviyyəsi 2,7% azalıb.Çində istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% artıb.
Marja xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.
Yayılan hesabata görə, altı ay ərzində Çin şəhərlərində göstərilən rəqəm 0,1%, kənd yerlərində isə 0,2% təşkil edib.
Ölkədə İyun ayında illik inflyasiya (2023-ün iyun ayı ilə müqayisədə) 0,2% (şəhərlərdə 0,2%, kənd təsərrüfatı sahələrində 0,4%) olub.
İyun ayında Çində istehlak qiymətləri indeksi bir il əvvəllə müqayisədə 0,2% artsa da, proqnozdan aşağı olub. İqtisadçılar iyun ayında Çinin istehlak qiymətləri indeksinin illik 0,4 faiz artacağını gözləyirdilər.
Daha çox dəyişkən qida və enerji qiymətlərini istisna edən indeks iyun ayında illik müqayisədə 0.6 faiz artıb.
İqtisadçılar bildirir ki, Çində deflyasiya riski azalmayıb və daxili tələb zəif olaraq qalır.
Açıqlanan hesabata görə, altı ayda ərzaq qiymətlərinin orta səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb (deflyasiya). Digər mallara gəlincə, 0,8% artıb. İstehlak məhsulları sektorunda 0,4% deflyasiya olub. Xidmət sektorunda inflyasiya 0,9% təşkil edib.
Dövlət Statistika Xidmətinin hesablamalarına görə, ilin əvvəlindən Çində kirayə daşınmaz əmlak sahəsində müvafiq göstərici illik müqayisədə 0,2% artıb. Nəqliyyat və telekommunikasiya sahəsində hələ də deflyasiya prosesi müşahidə olunub (mənfi 0,7%). Tibbi xidmətlər seqmentində inflyasiya 1,4%, mədəniyyət və təhsil sahəsində 2% təşkil edib.
Əsas ərzaq məhsulları arasında, son altı ayda meyvələrin qiymət səviyyəsində azalma (mənfi 7,8%) qeydə alınıb. Donuz ətinin orta dəyəri (milli istehlak səbətinin əsas komponenti) dəyişməyib, lakin təkcə iyun ayında illik müqayisədə 18,1% artıb. Tərəvəz 2,7%, spirt 1,1% ucuzlaşıb.
Çinin istehlak qiymətləri indeksi 2022-ci ildə 2% artıb. 2023-cü ildə inflyasiya səviyyəsi hökumətin 3%-lik hədəfindən xeyli aşağı olmaqla 0,2% təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























