Azərbaycan Diasporuna Dəstək Fondunun öhdəlikləri 3 dəfədən çox artıb
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2023-cü ili 325 min manat mənfəətlə başa vurub. Halbuki, Fond 2022-ci ildən 7 min manat zərərlə çıxmışdı.
Ötən il qurumun gəlirləri 2,393 milyon manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox), xərcləri isə 2,068 milyon manat (91,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycan Diasporuna Dəstək Fondunun aktivləri 3,897 milyon manat olub ki, bu da illik müqayisədə 4,6 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 3,3 dəfə artaraq 500 min manata, balans kapitalı isə 95,1 % artaraq 3,397 milyon manata çatıb.
Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Fond ölkədə həyata keçirilən islahatların, əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafeyinin müdafiəsinə, dünya azərbaycanlılarının milli-mənəvi dəyərləri qorumasına, daha da inkişaf etdirməsinə və tanıtmasına, xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
31 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
37 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib




























