Türk dünyası markalarını birləşdirən - “Made in Turan”
200 milyondan çox insanın yaşadığı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişlənir.
Türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində də önəmli rola malik olmasına şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzə¬rindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləş¬məsi TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisa¬diyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir.
Türk Dövlətləti Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində yerləşir. Avropa ilə Asiya arasında vacib neft-qaz və nəqliyyat marşrutlarının keçdiyi Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün strateji əhəmiyyətə malikdir.
TDT-yə üzv ölkələrdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları təş¬kil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Markalaşmanın yaratdığı ən böyük təsirlərdən biri də insanda yaratdığı sahib olma hissidir. TDT-yə üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaqdır.
“Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. "Made in Turan" markası üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcəkdir.
“Made in Turan” markasının tətbiq olunması həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaqdır.
“Made in Turan” markası Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
26 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 28 d. əvvəl
-
-
33 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
38 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























