Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə Amerikada proqnozlaşdırıldığı kimi zəifləyən inflyasiya rəqəmləri fonunda dollar major valyutalar qarşısında dəyər itirdi. Həftəyə 105.28 bənd səviyyəsində başlayan Dollar indeksi (DXY) həftəlik şamını 104.50 bənd səviyyəsində tamamladı. Cari həftə ərzində isə Avropa, İngiltərə, Yeni Zellandiya, İsveçrə mərkəzi bank sədrlərinin, Amerika maliyyə nazirini Cenet Yellenin çıxışları, Avropa Mərkəzi Bankının iclası və Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokolları birjalara yön verəcək. Həmçinin, Böyük Britaniyada, eləcə də, Kanadada İstehsal Qiymətləri İndeksi (PPİ) və İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri açıqlanacaq.
Sədrlərin çıxışları
İnvestorlar bu həftə çərşənbə axşamı günü ABŞ maliyyə naziri Cennet Yellenin, İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çərşənbə axşamı və çərşənbə günü Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın, cümə axşamı günü Yeni Zellandiya Mərkəzi Bankının (RBNZ) sədri Adriyan Orrun və nahayət cümə günü İsveçrə Mərkəzi Bankının (SNB) sədri Tomas Cordanın çıxışlarında qiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir əlamət axtaracaqlar.
Ötən həftə Amerikada inflyasiyanın zəifləməsi FED-in nəhayət senyabr ayında ilk faiz endirimini reallaşdırıcağına dair ehtimalları 75%-ə qədər artırdıqdan sonra, bu həftə analoji addımların digər mərkəzi banklar tərəfindən nə vaxt atılacağına dair veriləcək mesajlar birjalarda tendensiyaların gedişində həlledici rol oynaya bilər.
Cari həftə ərzində Amerikada dərc olunacaq mənzil bazarında satışların həcmi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (Səmaye PMİ) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (Xidmət PMİ) kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bazar iştirakçıları həmçinin çərşənbə günü FOMC-un son toplantısının dərc olunacaq protokollarında Amerikada monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.
EUR
Ötən həftə “Big Figure” yaratması ilə yadda qalan EURUSD məzənnəsi həftəlik şamını 1.0867 səviyyəsində tamamladı.
Bu həftə Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, ÜDM-in həcmi, eləcə də, həm Almaniyada, həm də Avrozonada dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin Avropa Mərkəzi Bankının iclası və sədr Kristin Laqardın çıxışı avronun valyuta birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
Böyük Britaniyadan iqtisadi rəqəmlər
Bu həftə çərşənbə axşamı İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çıxışından əlavə, çərşənbə günü İngiltərədə dərc olunacaq həm istehsal (PPİ), həm də istehlak (CPİ) qiymətlərində inflyasiya rəqəmləri, cümə axşamı açıqlanacaq Sənaye PMİ, Xidmət PMİ və Kompozit PMİ, eləcə də, cümə günü yayımlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Pərakəndə Satış Dövriyyəsinin Baza Həcmi kimi vacib iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Ötən həftəyə 1.25$ səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 2 sent bahalaşaraq həftəlik şamını 1.27$ səviyyəsində tamamladı.
“Buğarlar” qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər. Lakin, İngiltərədə inflyasiya ehtimal edildiyi kimi azalarsa, BoE-nin də faiz endirimi ehtimalları güclənə bilər. Bu isə öz növbəsində funt-sterlinqin ucuzlaşmasına səbəb ola bilər.
NEFT
Ötən həftə həm “Brent” nefti, həm də “WTI” nefti təqribən 1% bahalaşıb.
ABŞ-ın yanacaq ehtiyatlarının azalması neft qiymətlərindəki artımın əsas səbibi kimi qeyd edilə bilər.
Ötən həftəyə 83.10$ həddindən başlayan “Brent” nefti həftəlik şamını 84.40$ həddində bağladı.
Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi artar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Ötən həftəyə 2360$ səviyyəsindən başlayan və 2332$ səviyyəsinə kimi ucuzlaşan qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi proseslər fonunda bu həddən dəstək taparaq sürətlə bahalaşdı və həftəlik şamını 2413$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “Buğalar” qiyməti qızıl qiymətlərinin tarixi maksimumu olan 2431$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 30 d. əvvəl
-
35 d. əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
3 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
4 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
4 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
7 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən



















