Milli Depozit Mərkəzi və Bakı Dövlət Universiteti anlaşdı
6 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Bakı Dövlət Universiteti (BDU) arasında BDU-nun 105 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində tədbirlər həyata keçirəcəklər. Əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə BDU kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə-gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədi ilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, dəyirmi masa və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və BDU tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də Memorandumda əksini tapıb.
Qeyd edək ki, MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında maliyyə savadlılığının artırılması üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


