Azərbaycanlı memar İtaliyada dünyaca məşhur forum - İnvestopia ilə rəsmi tərəfdaşlıq etdi
İnvestorları, biznes liderlərini və hökumət nümayəndələrini yeni investisiya imkanlarını müəyyən etmək, böyüməyə təkan vermək üçün birləşdirən yeni platforma olan “Investopia” İtaliyanın Milan şəhərində “Investopia Europe 2024” tədbirini təşkil edib. Tədbirdə qlobal şirkətlərin nümayəndələri, nüfuzlu iş adamları bir sıra dövlətlərin nazirləri iştirak edərək günümüzün ən aktual çağırışları haqqında fikirlərini bölüşüblər. O cümlədən, forumda İtaliyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Maltanın iqtisadiyyat nazirləri çıxış ediblər.
Tədbirin xüsusi tərəfdaşlarından biri də “Fernando & Rafael” beynəlxalq şirkəti olub. Qeyd edək ki, bu şirkət azərbaycanlı memar, “Era Design” şirkətinin təsisçisi Rafael Abbasov və İtaliyanın tanınmış memarı Fernando Mosca tərəfindən Azərbaycanda yaradılıb.
Tədbirə “Fernando & Rafael” beynəlxalq şirkətinin təsisçisi Rafael Abbasov da qatılıb.
“Investopia Europe 2024” tədbiri zamanı xüsusi tərəfdaş olaraq “Fernando & Rafael” şirkətinin video-çarxı nümayiş olunub. Dövlət rəsmilərinin və biznes nümayəndələrinin də izlədiyi videoda Azərbaycan və İtaliya bayraqları da yer alıb.
Rafael Abbasov deyib: ““Investopia Europe 2024” tədbiri Avropada təşkil olunan ən nüfuzlu forumlardan biridir. Tədbirdə 700-dən artıq nazirlər, sahibkarlar, menecerlər, investorlar və jurnalistlər iştirak edirdi. Belə bir böyük bir forumda Azərbaycandan təmsil olunaraq bayrağımızın da yer aldığı video-çarxın nümayiş olunmasını təşkil etməkdən qürur duyuram. Hesab edirəm ki, hər bir iş adamı öz imkanları daxilində ölkəmizi təbliğ etməli, Azərbaycandakı iş imkanları barədə investorlara məlumat verməlidir. Həmçinin, “Fernando & Rafael” olaraq “Investopia Europe 2024” tədbirində iştirak etməklə yeni biznes imkanları da kəşf etdik”.
Rafael Abbasov əlavə edib ki, "Fernando & Rafael" Memarlıq və Dizayn şirkəti ölkələr arasında olan tarixi dostluğun, memarlıq sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir. Məqsəd İtaliya memarlığının zəngin təcrübəsini Azərbaycanda və digər ölkələrdə reallaşdırdığımız layihələrdə uğurla tətbiq etməkdir.
“Investopia Europe 2024” tədbirindən bir gün öncə qala gecəsi təşkil olunub. "Fernando & Rafael" şirkətinin həmtəsisçiləri və əməkdaşları “Investopia”nın yaradıcısı Giovanni Bozzetti tərəfindən dəvət alaraq qala gecəsində iştirak ediblər. Qala gecəsində İtaliyanın və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirləri də iştirak ediblər. Onlar "Fernando & Rafael" şirkətinin əməkdaşları ilə də görüşərək şəkil çəkdiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)





