Qlobal qida qiymətləri qalxır
Qlobal qida qiymətləri İyul ayında da artaraq ardıcıl üç ay yüksəlişini davam etdirib. İyuldakı artımın əsas səbəbi taxıl, şəkər və süd məhsullarının bahalaşmasıdır.
"Marja" xəbər verir ki, beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini və ticarətini təqib edilərək müəyyən edən FAO Ərzaq Qiymətləri İndeksi İyul ayında 179.1 bənd olaraq ölçülüb.
Bu dəyər 2015-ci ilin Yanvar ayından bu yana ən yüksək səviyyədir. İndeks 2017-ci ilin İyun ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.2 faiz yüksəlib.
FAO Taxıl Qiymət İndeksi İyulda 5.1 faiz yüksəlib. İndeks son üç aydan bəri qalxır. Buna səbəb buğda və düyü qiymətlərinin qalxmasıdır. Davam edən isti və quru hava şərtlərinin Şimali Amerikada buğdanın məhsuldarlğına təsir etməsindən dolayı İyulda ən çox buğda qiymətləri artıb. Mövsümin qısa keçməsi düyü qiymətlərini bahalaşdırıb, qarğıdalı qiymətləri isə sabit qalıb.
FAO Süd Məhsulları Qiymət İndeksi kərə yağı, pendir və tam yağlı süd tozunun yüksək qiymətləri səbəbilə İyulda 3.6 faiz dəyər qazanıb. Güclü ixracın mövcudluğu kərə yağı qiymətlərini İyulda qaldırıb.
FAO Şəkər Qiymət İndeksi isə ilin əvvəlindən bu yana ilk dəfə aylıq müqayisədə yüksələrək İyulda 5.2 faiz artıb. Braziliya Realının güclü dəyər qazanması şəkər qiymətlərindəki bu sıçrayışın əsas səbəbi kimi göstərilir. Son artıma baxmayaraq şəkər qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə hələ də 26 faiz aşağıdır.
FAO Bitki Yağ Qiymət İndeksi İyuna nisbətən 1.1 faiz düşərək Avqust 2016-dan bu yana ən aşağı səviyyəni görüb. İyuldakı bu ucuzlaşmada Cənub-Şərqi Asiyadakı palma yağına dair yaxşı istehsal gözləntiləri və zəif qlobal idxal tələbi rol oynayıb.
FAO Ət Qiymət İndeksi sabit qalıb. İyulda artan xırdabuynuzlu heyvanların beynəlxalq qiymətləri iribuynuzlu, donuz və ev heyvanları sektorlarındakı düşən qiymətləri bağlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























