“Qazprom” 629 milyard zərər edib
"Qazprom"un şirkətin xalis zərəri, beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) görə, 2023-cü ildə 629 milyard rubl təşkil edib. “Qazprom”un gəliri bir il əvvəlki 11 trilyon 673 milyard rubldan 8 trilyon 541 milyard rubla qədər azalıb. 2023-cü ildə qaz satışından əldə olunan gəlir 3 trilyon 125 milyard rubla qədər düşüb (illik müqayisədə iki dəfə azalma).Rusiyanın enerji şirkəti “Qazprom” 2023-cü ildə 629 milyard rubl (təxminən 6,8 milyard dollar) zərər edib.
Marja.az xəbər verir ki, “Qazprom”un dərc etdiyi hesabata görə, şirkətin gəlirləri 2022-ci illə müqayisədə ötən il 11,7 trilyon rubldan 8,5 trilyon rubla qədər azalıb.
Şirkətin 2023-cü ildə satış itkisi bir il əvvəlki 1 trilyon 935 milyon rubl mənfəətə qarşı 363,7 milyard rubl, vergilərdən əvvəlki zərər isə 2022-ci ildəki 2,19 trilyon rubl mənfəətə qarşı təxminən 659,1 milyard rubl təşkil edib. Rusiya şirkəti ötən ili 629 milyard rubl zərər ilə başa vurub.
2022-ci ildə 1,2 trilyon rubl xalis mənfəət əldə edən “Qazprom”un xüsusilə Avropaya təbii qaz ixracı sanksiyalara görə gəlirləri əhəmiyyətli dərəcədə azalıb.
Avropada yaşadığı gəlir itkisini Çinə və daxili bazara təbii qaz tədarükünü artıraraq kompensasiya etmək istəyən "Qazprom", mayeləşdirilmiş təbii qaza (LNG) investisiyalarını da artırır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























