Şokolad həvəskarları üçün pis xəbər
Bu il iki dəfə bahalaşan kakao bahalaşmaqda davam edir. Kakaonun tonu 10 min dolları keçib. Bu bahalaşmanın nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətini artıracağı gözlənilir.Data analitik və məsləhət firması GlobalData görə, 2023-2024 mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalında təxminən 8 faiz azalma proqnozlaşdırılır və itkilərin əsas səbəbi; İki ən böyük təchizatçıda, Fil Dişi Sahili və Qanada problemlər qeyd edilib.
Marja.az-ın məlumatına görə, Fil Dişi Sahili və Qanadakı əsas kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə istehsalı azaltmağa və ya dayandırmağa qərar verdikləri üçün kakao qiymətləri rekordlar qırmağa davam edib. Ən əhəmiyyətli istehsalçı ölkə olan Fil Dişi Sahilində əhəmiyyətli dərəcədə aşağı kakao məhsulu gözlənilir.
Fil Dişi Sahili dünyanın kakao istehsalının təxminən 45 faizini təmin edir. Bununla belə, Nigeriya və Qana kimi digər kakao istehsal edən ölkələrdə də məhsul gözləntilərdən xeyli aşağıdır.
Aprel ayında yığılacaq məhsulun - kakao paxlasının inkişafına təsir edən isti və quraqlıq səbəbindən keçən illə müqayisədə aşağı olacağı təxmin edilir.
Məhdud təklif kakao bazarında sürətlə artan qiymətlərlə qeyri-müəyyənliyə səbəb olarkən, dünən Nyu-York və London kakao fyuçers bazarlarında kakao paxlasının qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə çatınb. Son 3 ayda qiymətlər Nyu-Yorkda 150 faizdən çox artıb. 2023-cü ilin martından isə qiymətlər 255 faiz artıb.
Dünən Nyu-Yorkda kakaonun tonbaşına qiyməti 4,5% də artaraq 10 min 080 dollar olub.
Kakao ötən il 61 faizdən çox qiymət artımı ilə urandan sonra ən çox bahalaşan xammala çevrilib.
Quraqlıq və güclü yağış səbəbindən məhsul azalıb
Kakao təchizatı problemlərinin əsas səbəbi uzunmüddətli quraqlıq və güclü yağış kimi pis hava şəraiti olsa da, bitki xəstəlikləri də məhsula təsir göstərir. Xüsusilə, kakao ağaclarının ölümünə səbəb olan CSSVD virusu kakao istehsalına mənfi təsir göstərən aparıcı amillərdən biri olub.
Virus düşən ağaclar kəsilməli olduğu halda, yeni əkilən ağacların meyvə verməsi 3-5 il çəkir. Ona görə də proqnozlaşdırılır ki, yaxın 2-3 ildə təklif son 15-20 ilin orta göstəricisindən aşağı ola bilər ki, bu da kakao paxlasının orta qiymətdən yuxarı qiymətlərə gətirib çıxara bilər.
Təchizatla bağlı narahatlıqlara görə, bir çox şirkət özlərini gələcək qiymət artımlarından qorumaq üçün fyuçers müqavilələri bağlayır. Bu, kakaonun bahalaşmasını daha da sürətləndirir. Hal-hazırda Nyu-York Ticarət Birjasında mart ayında tədarük üçün satılan kakao fyuçers müqavilələri may fyuçers müqavilələrinin üstündə ticarət edilir.
Bu vəziyyət “geriyə” (spot qiymətlər fyuçerslərə nisbətən daha yüksək səviyyədə satılır) adlanır və təklif çatışmazlığından xəbər verir. Normalda, daha uzun fyuçerslər daha qısa fyuçerslərin üstündə ticarət olunur.
Şokolad həvəskarları üçün pis xəbər
Dünya kakao istehsalının 60 faizini qarşılayan iki ölkədən gələn xəbərlərin ardından bütün dünyada şokoladın qiymətlərinin kəskin artacağı gözlənilir.
Kakao qiymətlərinin artması istehlakçılar üçün çətin bir dövr olduğunu göstərir. Şokolad istehsalçıları yüksək kakao qiymətlərini ya qiymət artımı, ya da qablaşdırma ölçülərini azaltmaqla istehlakçılara ötürürlər.
İqlim şəraitinə görə kakao məhsulunun azalması şokolad istehsalçılarını qiymətləri artırmağa sövq edib. İstehsalın azaldılması davam etdikcə şokoladın qiymətlərinin daha da kəskin arta biləcəyi təxmin edilir.
Kakao fermerləri hələ də rekord qiymətlərdən yararlana bilməyib, uşaq əməyi davam edir
Qana və Fil Dişi Sahilindəki yoxsul kakao fermerlərinin hələ də rekord qiymətlərdən yararlanmaması da diqqət çəkir. Hər iki ölkənin satış şirkətləri 2023-cü ilin yazında oktyabr ayında təhfili başlayan məhsulun yarıdan çoxunu bugünkü qiymətlərin yarısına satıblar.
Bundan əlavə, qlobal kakaonun az qala üçdə ikisini təmin edən Qana və Fil Dişi Sahilində 5-17 yaş arası uşaqların 43 faizi kakao sektoru üçün işlədilir.. Bu, təxminən 1,5 milyon uşaq deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
9 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
12 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir






.jpg)







.jpg)









