Rusiya neft şirkətlərinə hasilatı azaltmaq tapşırığı verdi
Rusiya hökuməti Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrdən ibarət OPEC+ qrupunun müəyyən etdiyi hədəfinə çatmaq üçün neft şirkətlərinə hasilatı azaltmağı tapşırlb.
Üç sənaye mənbəsinin Reuters-ə verdiyi məlumata görə, Rusiya hökuməti OPEC+-a verilən vədlərə uyğun olaraq, iyunun sonuna qədər gündəlik hasilatın 9 milyon barel düşməsini təmin etmək üçün şirkətlərə ikinci rübdə neft hasilatını azaltmağı tapşırıb.
Adının açıqlanmasını istəməyən mənbələr hökumətin hər bir şirkət üçün hədəflər qoyduğunu və OPEC+-ın beynəlxalq neft qiymətlərini dəstəkləmək üçün hasilatı azaltmaq öhdəliyini yerinə yetirmək niyyətini nümayiş etdirdiyini bildirib.
Bu ayın əvvəlində Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın ikinci rübdə neft hasilatını və ixracını gündəlik daha 471 min barel azaldacağını bildirmişdi.
Digər tərəfdən Novak ötən ayın sonlarında Rusiyanın neft hasilatının gündəlik 9,5 milyon barel olduğunu bildirib. 2022-ci ilin fevralında Ukraynaya qarşı başladılan hərbi əməliyyatdan sonra Rusiya bir sıra məlumatları məxfi hesab etdiyi üçün xam neft hasilatı ilə bağlı statistikanı açıqlamamaq qərarına gəlib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























