“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlərin 96%-i yekunlaşıb
Energetika naziri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında görülən işlərlə tanış olub Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib. Nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub. 1,612 mln. kubmetr su tutumu olan “Xudafərin” və 56.75 mln. kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat verilib. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib. Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub. Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.
Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib.
Nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub.
1,612 mln. kubmetr su tutumu olan “Xudafərin” və 56.75 mln. kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat verilib. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib. Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub.
Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.
Müştərilərin xəbərləri

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 38 d. əvvəl
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
3 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
3 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzerGold" şirkətinin ixracdan gəlirləri 2 dəfə artıb

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Oktyabrın 1-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

Qarabağ Universitetinin 3 fakültəsi üçün binalar tikiləcək

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc
