Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da dərc olunacaq vacib statistik məlumatlar ərəfəsində, dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0940, 1.2790 və 147.940 səviyyələrində ticarət olunurlar. Dollar indeksi 0.07% azalaraq 102.88 bənd təşkil edib.
Analitiklərin fikrincə fevral ayında ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi aylıq ifadədə 0.8% artıb. Rəsmi statistika ölkənin Ticarət Departamentinin bugünki press-relizdə dərc olunacaq. Eyni zamanda, ABŞ-ın Əmək Departamenti martın 9-da bitən həftə üçün ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayını açıqlayacaq. Ekspertlər göstəricini 217 min nəfərdən 218 min nəfərə qədər yüksəldiyini proqnozlaşdırıblar.
ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarında gözlənilməz azalma ilə bağlı məlumatların dərc olunması fonunda, beynəlxalq birjalarda neft qiymətləri bahalaşıb. Ötən günün əvvəlində “Brent” markalı neftin bir barreli 82.50$ səviyyəsində ticarət olunsa da, hal-hazırda bir barrel üçün qiymət 84.50$ səviyyəsindədir. Həmçinin “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0.1% bahalaşaraq bir barrel üçün 84.11$-a, “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0.05% bahalaşaraq 79.76$ təşkil edir.
Bugün səhər dolların digər dünya valyutaları qarşısında möhkəmlənməsi fonunda, qızılın 1 troy unsiyası üçün qiyməti 2175$-a enib. Nyu-York “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçers müqaviləsinin qiyməti 6.05$ və ya 0.28% ucuzlaşaraq, 1 troya unsiyası üçün 2171$-a düşüb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0.05% bahalaşaraq, 1 unsiya üçün 25.168$-a qədər yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
23 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 45 d. əvvəl
-
48 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb






.jpg)













.jpg)



