Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da fevral ayında İstehlak Qiymətləri İndeksinin (CPİ) aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 3.2% artdığı açıqlanıb.
Fevral ayında CPİ-ın əvvəlki aya nisbətən illik və aylıq müqayisələrdə 1 bənd artımla proqnozların üzərində açıqlandığı müşahidə edildi. İstehlak Qiymətlərinin Baza İndeksinin (Core CPI) fevral ayında illik müqayisədə 3.7% artacağı ehtimal olunsa da, 3.8%-lik artım qeydə alındı. Core CPI aylıq müqayisədə də proqnopzların üzərində - 0.4% - dərc olundu.
Açıqlanan məlumatlara görə, fevral ayı inflyasiya məlumatlarının yanvar ayında olduğu kimi proqnozların üzərində açıqlandığı görülüb. İnflyasiyanın iki ay dalbadal ehtimalları üstələməsi FED-in bu il monetar genişlənmə yolunda faiz endirimlərinə başlamasının ən böyük maneələrdən biri kimi şərh edilə bilər. Ancaq fevral ayı inflyasiya məlumatları açıqlandıqdan sonra bazarların FED-in böyük ehtimalla iyun ayında faiz endiriminə başlayacağına dair inamlarını qoruduğu və bu ehtimallar qorunduğu üçün də volatilliyin məhdud olduğu görüldü.
Digər tərəfdən, inflyasiya məlumatları dərc edildikdən sonra dollar indeksi 102.85 bənddən 103.1 bəndə sıçrayış etdi. Lakin 103 bənd həddinin üzərində möhkəmlənə bilməyərək, yenidən 102.80 bənd səviyyəsinə geri döndü.
Son 8 ticarət gününü artımla tamamlayan qızıl inflyasiya göstəricilərinin dərcindən sonra 2150$-a kimi ucuzlaşıb. Hazırda 2160$ civarında ticarət olunan qızılın bir unsiya üzrə dəyəri 2167$ səviyyəsindəki müqavimət həddini qırsa, artım tendensiyası 2181$ və 2195$ hədlərinə qədər davam edə bilər.
“Bitcoin”-in qiymətinin CPI məlumatlarına kəskin reaksiya vermədiyi müşahidə edildi. Xəbərə il reaksiyasında 68608$ səviyyəsinə kimi ucuzlaşan BTC, buradan dəstək alaraq 72.000$ səviyyəsinə geri qayıdıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























