Azercell Xankəndidə!
Lider mobil operator Qarabağda növbəti xidmət mərkəzini istifadəyə verib(®) “Azercell Telekom” MMC azad edilmiş ərazilərdə xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Böyük qürur və sevinc hissi ilə lider mobil operator Xankəndinin mərkəzində rəsmi diler mağazasını istifadəyə verir.
Bununla da “Azercell” azad edilmiş ərazilərdə rəsmi xidmət və satış məntəqələrinin sayını beşə çatdırmış olur. Şirkətin Şuşa şəhərində eksklüziv ofisi, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazaları fəaliyyət göstərir. Xatırladaq ki, bir neçə gün öncə “Azercell” Füzulidə də mobil rabitəyə aid xidmətlər göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edib.
Bu münasibətlə şirkətin rəsmi nümayəndə heyəti Füzuli və Xankəndiyə səfər edərək burada açılan yeni mağazaları ziyarət edib. Qeyd edək ki, hər iki ofis ən müasir avadanlıqla təchiz edilib. Mağazalarda nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Eyni zamanda, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar.
“Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərdə aktiv şəkildə iştirak edir.
Qeyd edək ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz “Azercell” olub. Lider mobil operator bu günədək azad edilmiş ərazilərdə 150-dən çox 4G baza stansiyasını və günəş enerjisi ilə çalışan 2 “yaşıl stansiya” işə salıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)







