Rüşvət ilə gömrükdən malların keçirilməsinə şərait yaradanlar barəsində cinayət işi məhkəməyə göndərilib
Xəbər verildiyi kimi "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, istintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir olduqları Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə dövlət qeydiyyatı tələb olunmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməyən ümumilikdə 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini müxtəlif vaxtlarda satış məqsədilə ölkə ərazisinə idxal etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























