Qızılın qiyməti rekord qırdı
Qlobal bazarlarda 1 unsiya qızıl daha da bahalaşaraq 2150 dollara çatıb və rekord qırıb. Qızıl sonuncu dəfə 2023-cü il dekabrın 4-də 2135,39 dollar səviyyəsində rekord qırmışdı. FED-in faiz dərəcəsinin azaldacağı gözləntiləri, pərakəndə investorlar və qlobal mərkəzi banklar tərəfindən aktiv qızıl alışları, eləcə də yüksək geosiyasi gərginlik qızılın qiymətinin artmasına təkan verir.Qlobal bazarlarda qızıl, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini endirməyə yaxın olduğuna dair işarələrin təsiri ilə rekord həddə yaxınlaşıb.
Marja.az xəbər verir ki, qiymətli metal 1,3 faiz də bahalaşaraq 2141 dollara yüksəlib və rekord qırıb. Qızıl sonuncu dəfə 2023-cü il dekabrın 4-də 2135,39 dollar səviyyəsində rekord qırmışdı.
Bir sıra qlobal birjalarda qızılın unsiyasının qiyməti 2150 dolların üstünü də test edib.
Son bir ildə qızıl 14%-dən çox bahalaşıb.
Qızıl fevralın ortalarından yenidən bahalaşmağa başlayıb. Fed-in faizlərini azaltmaq üçün nə vaxt hərəkət edəcəyinin vaxtı hələ də qeyri-müəyyən olsa da, son həftələr onun yaxınlaşdığına dair işarələr qızılın bahalaşmasına səbəb olur. Swap bazarları göstərir ki, iyun ayında faiz endirimi ehtimalı təxminən 68 faizdir.
Həmçinin qızıl Yaxın Şərqdə artan gərginlik, Qırmızı dənizdə gəmilərə hücumlar, Çin iqtisadiyyatındakı problemlər və ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərindən də dəstək ala bilər. ABŞ Ali Məhkəməsi Donald Trampın bu il prezidentliyə namizədliyini irəli sürə biləcəyini bildirərək ona qadağa qoyulması addımlarını dayandırıb.
Siyasi və maliyyə qeyri-müəyyənlik dövründə tez-tez etibarlı "sığınacaq" kimi istifadə edilən qızıl, İsrail-Həmas müharibəsi başlayandan bəri 300 dollardan çox bahalaşıb.
2024-cü ildə qızılın daha da bahalaşacağı gözlənilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 3 saat sonra
- 13 d. əvvəl
-
44 d. əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN






.jpg)
.jpg)





.jpg)







