Yevlaxdakı layihəyə 100 milyon manatdan çox özəl investisiya qoyulacaq
Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Onun sözlərinə görə, aqroparkda indiyə qədər ümumi ərazisi 1 882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "Onlar aqroparka ümumilikdə, 51 milyon manatdan artıq investisiya qoymağı, 305 daimi iş yeri yaratmağı nəzərdə tutur. Ötən il 8 rezident 868 hektar sahədə əkin işləri aparıb. Əkin sahələrinin 687 hektarı birillik əkinlər, 159 hektarı intensiv meyvə bağları, 12 hektarı tərəvəzçilik təsərrüfatı və 10 hektarı isə tingçilik təsərrüfatıdır. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur".
S. Adıgözəlov vurğulayıb ki, Sabirabad Pilot Aqroparkda isə indiyə qədər 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "Sahibkarlar aqroparka 60 milyon manatdan çox investisiya qoymağı, 260 daimi, 1 000-dən artıq mövsümü iş yeri yaratmağı planlaşdırır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
41 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
42 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir





















