Süni intellekt Microsoft və Alphabet-in gəlirlərinə müsbət təsir edib
2023-cü ilin oktyabr-dekabr dövründə ABŞ-ın texnologiya şirkətlərindən olan Microsoft-ın və Google-un ana şirkəti Alphabet-in gəlirləri artıb. “Microsoft”un gəliri 52,7 milyard dollardan 62 milyard dollara, “Alphabet”in 76 milyard dollardan 86,3 milyard dollara yüksəlib. Şirkətin baş direktoru Sundar Pichai qazancın böyük ölçüdə süni intellekt və innovasiya hesabına olduğuna diqqət çəkib.Təqvimində 31 dekabr 2023-cü ildə başa çatan 3 aylıq dövrü 2024-cü maliyyə ilinin ikinci rübü kimi qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin gəliri 2023-cü ilin oktyabr-dekabr dövründə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 62 milyard dollara çatıb. Microsoft 2022-ci ilin eyni dövründə 52,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti eyni dövrdə 33% artaraq 21,9 milyard dollar təşkil edib. Əvvəlki ilin oktyabr-dekabr dövründə şirkətin xalis mənfəəti 16,4 milyard dollar olmuşdu.
Microsoft-un 2022-ci ilin son üç ayında 2,20 dollar olaraq hesablanan səhmbaşına xalis mənfəəti, keçən il 2,93 dollar təşkil edib.
Ötən ilin son 3 ayında ABŞ-ın texnologiya nəhənginin Activision Blizzard-ın alınmasını tamamladığı xatırladılıb.
Microsoft-ın Baş İcraçı Direktoru Satya Nadella, şirkətin süni intellekt haqqında danışmaqdan süni intellektin geniş miqyasda tətbiqinə keçdiklərinə diqqət çəkib.
"Texnologiyalarımızın hər bir təbəqəsinə süni intellekt tətbiq etməklə, biz yeni müştərilər qazanırıq və hər bir sənayedə yeni üstünlüklərlə səmərəliliyin artırılmasına kömək edirik", Nadella bildirib.
Microsoft Baş Maliyyə Direktoru Amy Hud da bildirib ki, "Microsoft Cloud" gəlirləri əvvəlki illə müqayisədə 24 faiz artaraq 33,7 milyard dollara çatıb.
Alphabet-in gəliri gözləntiləri üstələyib
Google-un ana şirkəti Alphabet də ötən ilin son rübü üçün balans hesabatını açıqlayıb.
Alphabet-in 2023-cü ilin oktyabr-dekabr dövründə gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 86,3 milyard dollar təşkil edib. Şirkət 2022-ci ilin dördüncü rübündə 76 milyard dollar gəlir əldə etmişdi.
Ötən ilin son rübündə Alphabet-in ümumi gəliri analitiklərin proqnozlarını aşsa da, 65,5 milyard dollarlıq reklam gəliri gözləntilərdən aşağı olub.
Şirkətin xalis mənfəəti son rübdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 52% artaraq 20,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,6 milyard dollar xalis mənfəət əldə etmişdi.
Alphabet-in səhmbaşına qazancı da 1,05 dollardan 1,64 dollara yüksəlib.
Şirkətin ötən il ümumi gəliri 307,4 milyard dollar təşkil edib. Alphabet 2022-ci ildə 282,8 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.
“Mənfəət əsasən süni intellekt və innovasiyalardan əldə edilib”
Alphabe-tin 2023-cü ildə xalis mənfəəti 73,8 milyard dollar təşkil edib. Şirkət 2022-ci ildə təxminən 60 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin baş direktoru Sundar Pichai, Google axtarış sisteminin, YouTube və Buludun artan gücündən məmnun olduqlarını qeyd edərək, bunların şirkətin süni intellekt sərmayələri və yenilikləri ilə bağlı olduğuna diqqət çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
7 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
7 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma




















.jpg)



