Bakıda dollar istiqrazları üçün “Açılış Zəngi” tədbiri keçirildi
29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mütəşəkkil kapital bazarında yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib.
Biranın yaydığı məlumatda bildirilir ki, mərasimdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin üzvü – baş kommersiya inzibatçısı Oqtay Qasımov, “AzerGold” QSC-nin maliyyə şöbəsinin müdiri Turan Hacıyev və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Vladimir Paxomov iştirak ediblər.
Qeyd olunub ki, “AzerGold” QSC-nin AZ2003019877 İSİN-li istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi məbləği 20 milyon ABŞ dolları olan istiqrazları illik 6% kupon dərəcəsi ilə emissiya edilməklə ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edir.
Bildirilib ki, “AzerGold” QSC tərəfindən istiqrazlar yeni mədən layihələrinin icrası ilə bağlı alternativ maliyyə alətlərindən istifadə olunması məqsədilə ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2 milyon 400 min ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb.
Əlavə edilib ki, yeni istiqrazların tədavülü də kapital bazarında maliyyə alətlərinin şaxələndirilməsinə və investorlar üçün münbit sərmayə mühitinin formalaşdırılmasına mühüm töhfələr verəcək.
Mərasimin sonunda emitent – “AzerGold” QSC, “Bakı Fond Birjası” QSC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 22 saat sonra
-
- 28 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
Ən çox oxunanlar
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb




















