Bankın Naxçıvanda filialı fəaliyyətə başlayacaq - SƏDRİ PREZİDENTİN NÜMAYƏNDƏSİLƏ GÖRÜŞDÜ
Naxçıvanda “Ziraat Bank Azərbaycan”ın filialı fəaliyyətə başlayacaq
Yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Marja.az xəbər verir ki, görüşdə “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının yaradılması barədə fikir mübadiləsi aparılıb.
Məlumat verilib ki, 160 illik tarixə malik və dünyanın 17 ölkəsində fəaliyyət göstərən “Ziraat” Maliyyə Qrupunun üzvü olan “Ziraat Bank Azərbaycan” müştərilərə beynəlxalq ticarətdə istifadə edilən bank məhsulları və xidmətləri təqdim edir. Bankın korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərinin qısa zamanda rəqəmsal satış və xidmət platformaları üzərindən əldə olunması da mümkündür.
Bildirilib ki, Naxçıvanda yeni filialın yaradılmasında məqsəd yerli sahibkarlara və investorlara keyfiyyətli, operativ bank xidmətləri göstərməkdir. Burada həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim olunacaq.
Həmçinin Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, xüsusilə inşaat sektoru üzrə fəaliyyət göstərən iş adamları üçün biznes kreditlərinin əlçatanlığının təmin olunması perspektivləri müzakirə edilib.
Görüşdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iştirak edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
3 saat əvvəl
Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Kişi həmişə qabaqda getməlidi" fikirinə görə TV-yə xəbərdarlıq edildi
-
4 saat əvvəl
Bu il 11 minə yaxın şirkət dövlət qeydiyyatından keçib, cəmi sayı 200 mini aşıb
-
4 saat əvvəl
Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzVak-da yeni vakansiyalar

Nəhəng bankdan qızıl investorlarına xəbərdarlıq: "Rekordlar normal deyil, bu, bir xəbərdarlıq siqnalıdır”

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Azərbaycan vətəndaşları Rusiyaya gedərkən problemlərlə qarşılaşırlar - Hava limanında saxlanılırlar
