Ötən il Bank VTB (Azərbaycan) böyüyüb, 11 milyona yaxın xalis mənfəət əldə edib
"Bank VTB (Azərbaycan)" 2023-cü il üzrə üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 dekabr 2023-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın aktivləri 249,9 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
Bank 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub.
Ötən il VTB-nin kredit portfeli 17,1% artmaqla 187 milyon 120 min manata çatıb. Həmçinin pərakəndə kreditləşmənin həcmi 6,2%, biznes kreditləri 28,6% artıb, ipoteka kreditləşməsinin artımı isə 22%-ə çatıb.
Hesabat dövrünün sonuna Bankın kapital gəlirliliyi (ROE) 15,29%, aktivlərin gəlirliliyi (ROA) isə 5,48% təşkil edib.
2023-cü ilin sonuna VTB-nin faiz gəlirləri 8,15%, xalis faiz mənfəəti isə 16,1% artıb. 31 dekabr tarixinə Bankın kapitalı 91 milyon 55 min manat olmaqla, illik ifadədə 13,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 82% üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 7 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA



















.jpg)

