Togg-un yeni modeli təqdim edildi - FOTOLAR
İlk modeli olan "T10X"i 2023-cü ildə təqdim edən Türkiyə şirkəti Togg, ikinci modelini ABŞ-ın Las Veqasda şəhərində başlayan dünyanın ən böyük elektronika sərgisi olan CES 2024-də təqdim edib.
Marja.az xəbər verir ki, Togg şirkətinin baş direktoru Gürcan Karakaş avtomobilin adının "T10F" olduğunu açıqlayıb.
Karakaş, "Dövrün ruhunu əks etdirən "fastback" olan "T10F"ni Türkiyədən başlayaraq 2025-ci ildə istifadəçilərə təqdim edəcəyik" deyib.
T10F, üç versiyada bazara çıxacaq: RWD (standart mənzilli), RWD (uzun mənzillii) və AWD (iki mühərrikli).
160 kVt / 217 at gücü və 350 Nm hasil edən T10F-un RWD versiyaları (arxa ötürücülü) iki akkumulyator variantı ilə olmaqla müvafiq olaraq 350+ və 600 kilometrə qədər məsafə qət edə bilir.
Saatda 0-dan 100 kilometrə 4,6 saniyəyə sürətlənən və 700 Nm hasil edən T10F-nin iki motorlu AWD versiyası (dörd təkəri də çəkir) 530 kilometrə qədər məsafə qət edə bilir.
Euro NCAP proqramının bütün testlərində ən yüksək səviyyə olan 5 ulduz almaq üçün nəzərdə tutulmuş T10F, 7 təhlükəsizlik yastığı və davamlı və möhkəm infrastrukturu ilə bütün yol şəraitində təhlükəsiz sürməyi təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















