Tesla 1,6 milyon elektromobili geri çağıracaq
Geri çağırılma sürücüyə yardım sistemindəki problemlər ilə əlaqdardır.Elektrik mühərrikli avtomobil istehsalçısı Tesla, sürücüyə yardım sistemindəki problemlərə görə Çin bazarında 1,6 milyondan çox elektrik avtomobilini geri çağıracaq.
Marja.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, söhbət idxal olunan Model S, Model X və Model 3, eləcə də Çində konveyerdən çıxan Model 3 və Model Y-dən gedir. Geri çağırılma 26 avqust 2014-cü il və 20 dekabr 2023-cü il tarixləri arasında istehsal edilmiş elektrik mühərrikli avtomobillərə aiddir.
Qeyd edilib ki, qüsur yolda toqquşmaya səbəb ola bilər və idarə olunan nəqliyyat vasitəsinin salonunda olan insanlara təhlükə yaradır. Problemi aradan qaldırmaq üçün Pekin və Şanxaydakı Tesla bölmələri avtomatlaşdırılmış yardım sisteminin yeni elementlərinin əlavə edilməsi ilə optimallaşdırılmış funksiyanı həyata keçirməyi planlaşdırır. Bunun mövcud riskləri aradan qaldıracağı güman edilir
Şirkət geri çağırılan avtomobillərin sahiblərinə xüsusi bildirişlər göndərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 30 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Neft böhranı dərinləşir, qiymətlər artır
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı






.jpg)






.jpg)



