Heydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü ilin yekunlarını açıqladı
Bakı hava limanı 2023-cü ili innovasiyalar, infrastrukturun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm nailiyyətlərlə uğurla başa vurur. 30 dekabr 2023-cü il tarixinə olan məlumata əsasən, aeroport tərəfindən xidmət göstərilən sərnişinlərin sayı rekord həddə çataraq 5,7 milyon nəfərdən çox olub.
Marja.az xəbər verir ki, bu, Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Marşrut şəbəkəsinin genişləndirilməsi:
Sərnişinlərə “China Southern”, “AirBaltic”, “Flyadeal”, “Air Cairo” və “Iraqi Airways” kimi aviaşirkətlər ilə yenilənmiş tərəfdaşlıqlar, həmçinin “WizzAir”, “Wizz Air Abu Dhabi” və LOT ilə artan tezliklər daxil olmaqla, yeni və unikal istiqamətlər təklif edilib. Bakı hava limanına uçuşlar həyata keçirən aviadaşıyıcıların sırasına “WizzAir Malta”, “IndiGo”, “Georgian Wings” və “Aegean Airlines” əlavə olunub. Beləliklə, hava limanından 38 aviaşirkət vasitəsilə dünyanın 68 şəhərə səyahət etmək mümkündür.
Sərnişin təcrübəsinin təkmilləşdirilməsi:
Bakı hava limanında xidmət keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə 2023-cü il ərzində sərnişinlərə bir sıra yeniliklər təqdim edilib. Belə ki, ziyarətçilər artıq nəqliyyat vasitələrinin sürətli keçidini təmin edən innovativ xidmətdən və parklanma üçün müxtəlif ödəniş üsullarından istifadə edə bilir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi "drop off"/“pick up” zolaqları onların ixtiyarındadır. Bununla yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə “Airport Express” ictimai nəqliyyatı saat 01:00-a qədər 30 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərir.
O cümlədən, yaxın günlərdə uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən, hava limanında növbələri azaldan və təhlükəsizliyi gücləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) təqdim edilib.
Mükafatlar: Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards 2023” mükafatının “Mərkəzi Asiya/MDB-də ən yaxşı regional hava limanı” və ardıcıl ikinci dəfə “Mərkəzi Asiya və MDB məkanında ən yaxşı hava limanı işçisi” nominasiyaları üzrə qalibi olub.
Qeyd edilbki, Bakı hava limanı sərnişinlərə yüksək səviyyəli xidmət və rahatlıq təklif etməklə regionun aparıcı aviasiya qovşağı kimi nüfuzunu möhkəmləndirməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)









.jpg)




