Azərbaycan mobil internetin sürətinə görə geriləyib
Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 33,03 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.
“Speedtest Global Index”ə istinadən xəbər verilir ki, bu göstərici üzrə Azərbaycan oktyabr ayı ilə müqayisədə 5 pillə irəliləyib.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (263,51 MB/S), axırıncı yeri isə Kuba (2,11 MB/S) tutub.
Məlumata görə, Azərbaycan noyabrda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 45,45 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bu isə, oktyabra nisbətən 3 pillə geriləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (324,92 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (3,90 MB/S) tutub.
Bundan başqa, noyabrda Bakı şəhəri mobil internetin sürətinə görə öz yerini qoruyaraq 45,56 MB/S sürətlə 169 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 386,62 MB/S sürətlə Dubay şəhəri, sonuncu yeri isə 4,89 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 35,72 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 4 pillə irəliləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 195 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin şəhəri 296,32 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,94 MB/S sürətlə sonuncu olub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)




