Ötən il dünyada ən çox neft Hörmüz boğazı ilə daşınıb
Ötən il dünyada ən çox neft Hörmüz boğazı ilə daşınıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, Fars və Oman körfəzləri arasında yerləşən və qlobal neft ticarəti üçün həlledici əhəmiyyətə malik Hörmüz boğazı 2016-cı ildə də beynəlxalq dəniz yollarında ən çox neft nəqliyyatının aparıldığı keçid məntəqəsi olub. Hörmüz boğazı qlobal neft ticarətində strateji əhəmiyyətə malik digər dəniz keçid məntəqələrini geridə qoyaraq 6 il ard-arda ilk sırada yer alıb. Keçən il Hörmüz boğazından gündəlik orta hesabla 18,5 milyon barrel neft ötürülüb.
EIA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin neft ehtiyatlarına malik ölkələr tərəfindən hasil edilən neftin təxminən 80 faizi Hörmüz boğazından keçərək Asiya bazarına göndərilib. Bu ölkələrdə hasil edilən neft Çin, Yaponiya, Koreya Respublikası, Hindistan və Sinqapur kimi enerji tələbatı yüksək olan ölkələrə çatdırılıb.
Malayziya yaxınlığındakı Malakka boğazı isə 2016-cı ildə qlobal neft daşınmasında ən çox neftin ötürüldüyü ikinci marşrut olub. Hind və Sakit okeanları arasında yerləşən və strateji əhəmiyyətə malik Malakka boğazında ötən il gündəlik orta hesabla 16 milyon barrel neft ixracı həyata keçirilib.
Aralıq dənizini Qırmızı dənizə bağlayan və gündəlik orta hesabla 5,5 milyon barrel neftin nəqlinin həyata keçirildiyi Süveyş kanalı da qlobal neft ticarətində ən çox istifadə edilən üçüncü məntəqə olub.
Neft nəqliyyatının digər mühüm keçid nöqtəsi isə Qırmızı dənizi Ədən Körfəzinə bağlayan və Afrika qitəsi ilə Ərəbistan yarımadasını bir-birindən ayıran Mendep boğazı olub. Ötən il gündəlik orta hesabla 4,8 milyon barrel neft nəqliyyatı edilən boğaz, dünya miqyasında ən çox neft daşınan dördüncü marşrut olub. Şimali Avropada Baltik dənizini Şimal dənizinə bağlayan Danimarka boğazı isə ötən il gündəlik orta hesabla 3,2 milyon barrel neft ticarətinin aparıldığı beşinci məntəqə olub. Türkiyənin Bosfor və Dardanel boğazlarından keçən il gündəlik orta hesabla 2,4 milyon barrel neft ötürülüb. Beləliklə də, bu boğazlar 2016-cı ildə qlobal neft nəqliyyatı aparıldığı altıncı keçid məntəqəsi olub.
Bosfor və Dardanel boğazlarında 2011-ci ildə gündəlik orta hesabla 2,9 milyon barrel neft nəql edilib, bu göstərici ötən il 17 faiz azalıb.
©Azərtac
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 15 d. əvvəl
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Ən çox oxunanlar
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti



















.jpg)

