"Yaxın illərdə iri Qərb banklarının monopoliyasına son qoyacaq inqilab mümkündür"
Rusiya Prezidenti Vladimir Putib VTB-nin təşkilatçılğı ilə keçirilən forumda çıxış edib.
Marja.az Vladimir Putinin çıxışından ən mühüm başlıqları təqdim edir.
▪️ Dünya iqtisadi münasibətləri dəyişir, qloballaşmanın əvvəlki modeli çoxqütblü modellə əvəz olunur;
▪️ Rusiya dünyanın yeni, həqiqətən demokratik modelini yaratmaq istəyir;
▪️ ABŞ hətta müttəfiqlərini, eləcə də qlobal iqtisadiyyatın digər iştirakçılarını istismar edir;
▪️ Qərb bazar iqtisadiyyatı prinsiplərini ləğv edəcək qədər irəli gedib;
▪️ Avropa yurisdiksiyaları biznes üçün “təhlükəsiz sığınacaq” olmaqdan çıxıb, “dost və ya düşmən” prinsipi fəaliyyət göstərir;
▪️ Beynəlxalq ödənişlərdə milli valyutalarla hesablaşmalar prosesi yalnız sürət qazanacaq, Qərb sistemi köhnələcək;
▪️ Yaxın illərdə dünya iqtisadiyyatında iri Qərb banklarının monopoliyasına son qoyacaq inqilab mümkündür;
▪️ Dollara və avroya əsaslanan maliyyə sistemi gözdən düşür;
▪️ Yaxın illərdə dünya iqtisadiyyatında iri Qərb banklarının inhisarına son qoyacaq “real inqilab” mümkündür;
▪️ Bir sıra ölkələrin liderləri Qərbin təzyiqlərinə və “diş qıcamalarına” boyun əymir, milli maraqları müdafiə edir;
▪️ Rusiya Federasiyası sübut etdi ki, ən mürəkkəb çağırışlara cavab vermək iqtidarındadır;
▪️ Rusiya Federasiyasının ÜDM-i 10 ay ərzində 3,2% artıb ki, bu da Qərbin sanksiyalarından əvvəlkindən artıqdır. İlin sonuna ÜDM artımının ən azı 3,5% olacağı gözlənilir;
▪️ Rusiyanın iqtisadi artım tempi bütün aparıcı Avropa İttifaqı ölkələrini qabaqlayır;
▪️ Qərb Rusiya Federasiyasında ödəniş sistemlərinin fəaliyyətinə qadağa qoymaqla rusları əziyyətə salmaq istəyirdi;
▪️ Artıq heç kim Rusiyanı “yanacaqdoldurma məntəqəsi” adlandıra bilməz;
▪️ Rusiya bazarı açıq və rəqabətli olmalıdır, Rusiya Federasiyası heç kimi qovmur və özünü heç kimdən bağlamır;
▪️ Rusiya ilə və Rusiyada işləmək sərfəli idi, indi sərfəlidir və sərfəli olacaq;
▪️ Rusiyada xarici biznes strukturlarının ümumi sayı nəinki azalmayıb, əksinə artıb;
▪️ Rusiyaya investisiyalar artır, artan biznes fəaliyyətini və biznes üçün resursların mövcudluğunu dəstəkləmək lazımdır;
▪️ Uçot dərəcəsi ilə bağlı həmişə mübahisələr var, lakin göstəricilər Rusiya Federasiyasında maliyyə və iqtisadi siyasətin düzgün istiqamətini göstərir;
▪️ Rusiya Federasiyasında sərmayələri dəstəkləmək üçün geniş spektrli alətlərin yaradılmasının zəruridir;
▪️ Bu il əhalinin real əmək haqqı 7 faiz, sərəncamda qalan real gəlir 4,4 faiz artıb;
▪️ Rusiya bankları, sanksiyalara baxmayaraq, sabit və davamlı fəaliyyət göstərir və möhkəm təhlükəsizlik marjasına malikdir;
▪️ Rusiya Federasiyasında müəyyən ipoteka riskləri mövcuddur, səlahiyyətlilər həll yollarını axtarır;
▪️ Rusiya hakimiyyəti ipoteka bazarında həddindən artıq qızma risklərini görür və digər ölkələrin mənfi təcrübəsini nəzərə alır;
▪️ Uzun müddət ərzində ilk dəfə olaraq Rusiya Federasiyasının federal büdcə kəsiri tamamilə daxili resurslar hesabına maliyyələşdirildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























