“Azərxalça” istehsalın və satışının artırılması üçün tədbirlər həyata keçirəcək
“Azərxalça” ASC-nin Müşahidə Şurasının iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda 2023-cü ilin 9 ayı ərzində qarşıya qoyulmuş prioritet istiqamətlər üzrə həyata keçirilən tədbirlər və onların nəticələri ilə bağlı məlumat verilib. Cəmiyyətin uğurlu və dayanıqlı fəaliyyət göstərdiyi qeyd olunub.
İclasda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ədəd xalçadan ibarət məhdud kolleksiyanın hazırlanması, çeşnələrin yeni dizaynda təqdim olunması təqdir edilib, usta toxucular tərəfindən hazırlanmış unikal eksponatların ölkəmizin xalçaçılıq ənənələrinin qorunması və təbliği baxımından önəm kəsb etdiyi vurğulanıb.
Tədbirdə, həmçinin xalça istehsalının və satışının artırılması üçün həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Qurumun gələcək planları və gündəlikdə duran məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























