"Şərab biznesinə 7 milyon avrodan çox sərmayə yatırmışıq"
“Abrau-Durso” şirkəti “Şəki Şərab” zavoduna 7 milyon avrodan çox sərmayə yatırıb. Bunu zavodun direktoru Ernest Minqazov deyib.
“İnvestisiya qoyuluşu çərçivəsində avadanlıqlar təkmilləşdirilib, üzüm bağları üçün torpaq sahələri alınıb. Bu gün müəssisəyə investisiya qoyuluşu 7 milyon avronu ötüb”, - deyə E.Minqazov bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna müəssisədə istehsal həcmi 2,5 milyon ədəd şüşə təşkil edəcək, 2024-cü ildə istehsalın 3,5 milyon ədəd şüşəyə qədər artırılması (artım 40% - red) planlaşdırılır.
E.Minqazov, həmçinin məlumat verib ki, 2023-cü ildə 2 milyon ədəd şüşə şərab ixrac edilib ki, bu da ümumi istehsalın 80%-ni təşkil edib.
“Bu gün əsas ixrac bazarı Rusiyadır. Bununla yanaşı, şirkətimiz Belarus və Qazaxıstana da şərab ixrac edir. Hazırda biz məhsullarımızın Çinə və Cənubi Koreyaya ixracı ilə bağlı danışıqlar aparırıq”, - deyə zavodun direktoru qeyd edib.
Onun sözlərinə görə, şirkət Qarabağ iqtisadi rayonunda, o cümlədən Füzulidə üzüm bağları üçün torpaq sahələri alıb və burada “Mədrəsə” və “Rkatsiteli” üzüm növləri yetişdirilir.
“Bunun sayəsində Azərbaycanda “Ağdam” portveynini istehsal etmək hüququnu ilk olaraq biz əldə etmişik”, - deyə E.Minqazov bildirib.
Zavodun direktoru əlavə edib ki, şirkət istehsal edilən məhsul çeşidini genişləndirməyi planlaşdırır. “Xüsusilə gələn il köpüklənən şərab istehsalı xəttini işə salacaq, 3 və 5 illik konyak istehsal edəcəyik, - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, hazırda müəssisədə 100-ə yaxın işçi çalışır, lakin istehsal həcminin artması fonunda işçilərin sayı da artacaq.
“Abrau-Durso” şirkətlər qrupu 2021-ci ildə Şəki rayonunda yerləşən “Şəki Şərab” zavodunu alıb. O, məşhur Alazan vadisində yerləşir. Zavod avtoxton üzüm sortlarının sahəsini artırır, sakit və köpüklənən şərab istehsalının bütün mərhələlərini modernləşdirir, turizm infrastrukturunu genişləndirir. “Şəki Şərab” zavoduna məxsus üzüm bağlarının ümumi sahəsi 100 hektardır, gələcəkdə daha 300 hektar sahədə üzüm bağları salınacaq.
Zavodun bilavasitə yaxınlığında yerləşən 30 ha sahədə “Mədrəsə” və “Bayanşirə” avtoxton üzüm sortlarının yetişdirilməsi planlaşdırılır.
Rusiyada köpüklənən şərab istehsalı üzrə lider olan “Abrau-Durso” şirkəti 2022-ci ildə 54,1 milyon şüşə alkoqollu və alkoqolsuz içki satışı həyata keçirib ki, bu da 2021-ci illə müqayisədə 18,1% çoxdur.
Şirkət biznes-ombudsman Boris Titovun ailəsinə məxsusdur.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























