VTB (Azərbaycan) 80%-ədək endirimə getdi
VTB (Azərbaycan) bank seyflərinin icarəsi və depozitlər üzrə xüsusi şərtlər təklif edən “Qayğısız tətil” adlı yeni aksiyaya başlayır.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Avqustun 2-dən etibarən VTB (Azərbaycan)-da bank seyflərinin icarəsi zamanı müştərilər seyfin ölçüsü və icarə müddətindən asılı olaraq 80%-dək endirim əldə edir.
İcarənin maksimal müddəti 12 ay təşkil edir. Bundan başqa, 5000 manatdan və 12 ay müddətindən başlayaraq bankda depozit yerləşdirən müştərilər bank seyfini 3 aya qədər pulsuz icarəyə götürə bilər. Fərdi bank seyflərinin istifadəsi zamanı girovun tələb olunmaması aksiyanın daha bir üstünlüyüdür.
Aksiyanın müddəti – 1 noyabr 2017-ci ilə qədərdir.
«Bank seyflərinin icarəsi xidməti xüsusilə istirahətə gedən müştərilər üçün aktualdır. Bu xidmət dəyərli əşyaların qorunmasının etibarlı üsuludur. Bank VTB (Azərbaycan)-da seyf icarəyə götürdükdə müştərilər dəyərli əşyalarının təhlükəsizliyindən əmin ola bilər, - deyə bank VTB (Azərbaycan)-ın Şəbəkənin inkişafı idarəsinin müdiri/Pərakəndə biznes idarəsinin müdiri vəzifəsini icra edən Fuad İbrahimov bildirib
“Qayğısız tətil” aksiyasının şərtləri barədə ətraflı məlumatı bankın filiallarından və ya 986 qısa nömrəli Call Center xidmətinə zəng vuraraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 46 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























