"Baku Steel Company" QSC ekoloji layihələrini davam etdirir
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin (BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin əsas istiqamətlərindəndir.
Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət bu dəfə öz əməkdaşları üçün ekoloji maarifləndirmə seminarı təşkil edib. Seminar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən BSC-nin Konfrans zalında keçirilib.
Ətraf mühitin, yaşıllıqların, atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik, ölkəmizin eko-vəziyyəti, eləcə də təbii ehtiyatlardan səmərəli istifadə haqqında məlumatlar seminar iştirakçılarının marağına səbəb olub və fəal müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, BSC bu il ərzində davamlı olaraq ekoloji layihələrə imza atıb. Belə ki, «Nargis» Nəşriyyat Evi ilə birlikdə həyata keçirilən «Go Green» sosial məsuliyyət layihəsi çərçivəsində Dəniz Vağzalında oktyabrın 13-dən davam edən eko-sərgi ötən gün yekunlaşıb. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunmuşdu və incəsənət əsəri vasitəsi ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyırdı.
Sərgilənən ekspozisiyalar bu il paytaxtın müxtəlif ərazilərində aparılan təmizlik işləri nəticəsində toplanan tullantılardan hazırlanmışdı. BSC-nin bu ilki installyasiyası Teymur Qəribovun müəllifi olduğu «Yaxşılığa ümid» (“Hope for the Best”) əsəridir
. Öncəki illərdə də şirkətin dəstəyi ilə keçirilən «Planet Calling», «Reduce, Reuse, Recycle, Respect», «Make the Earth Smile» layihələrinin eko-sərgilərində sözügedən tərzdə ekspozisiyalar nümayiş olunmuşdu və hazırda onlar şirkətin inzibati binasının önünü bəzəyir. “Hope for the Best” ekspozisiyası da artıq digər əsərlərin yanında öz layiqli yerini tutur. BSC, həmçinin 2023-cü ildə Nərimanov və Binəqədi rayonları, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətlərinin təşkil etdikləri ağacəkmə aksiyalarında fəal iştirak edib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası















.jpg)







