Bakıda Özbəkistan Ticarət Evinin açılışı oldu – FOTOLAR +VİDEO
Azərbaycan – Özbəkistan münasibətləri son illərin yeni inkişaf mərhələsini yaşayır və müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə davam edir. Bu özünü ticarət - iqtisadi münasibətlərdə də göstərməkdədir. Hazırda hər iki ölkə şirkətləri arasında geniş biznes mühiti formalaşıb və yeni layihələr üzrə tərəfdaşlıqlar reallaşır.
Bu gün Bakıda açılışı baş tutan Özbəkistan Ticarət Evi də bu əməkdaşlığa təkan verəcək.
Açılış mərasimində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aşrafxanov Baxrom Baxodiroviç, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, KOBSKA Assosiasiyasının sədri Nigar Ələsgərova, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov mərasimdə çıxış edərək Özbəkistan Ticarət Evinin fəaliyyətinə uğurlar arzu edib. Orxan Məmmədov çıxışında son 1 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərlərini qeyd edib. Həmçinin ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.
Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aşrafxanov Baxrom Baxodiroviç burada yaradılan şəraiti yüksək dəyərləndirib, iki ölkənin iqtisadi əlaqələrinə böyük təsiri olacağına əminliyini ifadə edib. Eyni zamanda, səfir son 6 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin təxminən 9 dəfə artdığını vurğulayıb.
Özbəkistan Sənaye və Tikinti Materialları Assosiasiyasının investisiya, idxal və iqtisadiyyat üzrə müavini Raximov İlyos İkromovich xatirə hədiyyəsini Özbəkistan Ticarət Evinin təsisçi – direktoru Ramin Şərifova təqdim edib. O, isə öz növbəsində belə bir mərkəzin fəaliyyətə başlamasını Özbəkistan və Azərbaycan əlaqələrinin tarixində əlamətdar yer tutacağını bildirib:
“Bugünki açılış mərasimi onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Özbəkistanlı iş adamlarının Azərbaycana çox böyük maraq göstərməsi bizi sevindirir. Yaxın gələcəkdə azərbaycanlı iş adamları ilə Özbəkistana işgüzar səfər təşkil ediləcək. Səfərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən istehsalçı şirkətlərin Özbəkistan bazarında fəaliyyətini təmin edərək, ixrac prosesinə tövhə verməkdir” – deyə Ramin Şərifov sözlərinə əlavə edib.
Özbəkistan Ticarət Evinin açılışına dəvət olunan qonaqlar sərgi salonu ilə də tanış olublar. Burada qonaqlara məlumat verilib ki, 10-dan çox sahəni (tikinti, elektronika, tekstil, məişət avadanlıqları, santexnika, dəri məhsulları və s.) əhatə edən məhsullar sərgilənməkdədir.
Qeyd edək ki, Özbəkistan Ticarət Evi həftənin altı günü xidmətinizdədir.
Ünvan: Bakı, Ağ Şəhər, Fəvvarələr 1 küçəsi
Telefon: (055) 200 59 11
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)






