Qızılın qiyməti son 6 ayın ən yüksək səviyyəsinə çatdı
Qızıl Çərşənbə axşamı günü 1,3 faiz də bahalaşaraq may ayından bəri ən yüksək səviyyəyə qalxıb. İndiyədək qızıl almayanlar çox peşiman ola bilərlər.
Qızıl, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin gələn il faiz dərəcələrini aşağı salmağa başlaya biləcəkləri barədə açıqlamalarından sonra daha da bahalaşıb.
Marja.az xəbər verir ki, İsrail və HƏMAS arasındakı qarşıdurmalardan sonra "təhlükəsiz liman" alışlarının təsiri ilə qızılın qiyməti oktyabrın əvvəlindən bəri təxminən 12% artıb. Son 12 ayda isə qızılın qiyməti 18 faiz yüksəlib.
Bu gün qlobal bazarlarda qızılın 1 unsiyasının (31,1 qram) qiyməti 2050,66 dolları görüb. Bakı vaxtı ilə saat 17:00-da qızılın usiyası 2041 dollar səviyyələrində ticarət olunub.
FED-in İdarə Heyətinin üzvü Kristofer Uollerin faiz dərəcələrinin yenidən yüksəlməsinə ehtiyac olmaya biləcəyini irəli sürməsindən sonra dollar dəyər itirsə də, istiqraz faizləri noyabr ayında da yüksəlişini davam etdirib.
İqtisadi inkişafın yavaşladığına dair işarələr olduğunu bildirən Uoller, inflyasiyanın bir neçə ay daha aşağı düşməyə davam edəcəyi təqdirdə FED faizini aşağı sala biləcəyinə dair yaxşı iqtisadi arqumentlərin olacağını qeyd edib.
İnvestorlar gələn il ABŞ-da sərt iqtisadi tənəzzül və pul siyasətinin aqressiv yumşaldılacağını nəzərdə tuturlar.
Bu həftə investorlar faiz dərəcələrinin istiqaməti ilə bağlı daha çox ipucu əldə etmək üçün FED-in izlədiyi əsas inflyasiya məlumatı daxil olmaqla ABŞ-ın iqtisadi məlumatlarını yaxından izləyəcəklər.
"Qızılın qiyməti yeni rekordlarına doğru irəliləməyə başlayıb"
"Fundstrat" tədqiqat firmasının idarəedici direktoru və texniki təhlil üzrə eksperti Mark Nyuton hesab edir ki, qızılın qiyməti bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb.
Analitikin fikrincə, 2009,41 dollardan yuxarı bahalaşma qızılın bir unsiya üçün 2060-2080 dollar aralığına yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollarda qırılması tez bir zamanda qiymətin daha da artmasına səbəb olacaq.
"Fundstrat" eksperti real faiz dərəcələrinin gözlənilən enişini, cari geosiyasi riskləri və digər amilləri nəzərə alaraq qızılın unsiyası üçün texniki hədəfi 2500 dollar səviyyəsində müəyyənləşdirib.
Bununla belə, Nyuton aydınlaşdırıb ki, onun proqnozu bu ilin sonuna qədər mütləq gerçəkləşməyəcək.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 40 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
40 d. əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
2 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
2 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
Son Xəbərlər

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Bank 96 ədəd RAM alır

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
