Qlobal bazarlarda son vəziyyət
Keçən həftə proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) şahin addımlarını sona çatdıracağına dair ehtimalların güclənməsi fonunda cari həftənin ilk ticarət günündə də birjalarda müsbət tendensiya müşahidə olunub.
Bazarlardakı müsbət tendensiyada texnologiya ehtiyatlarının yüksəlişi diqqəti çəkir.
Süni intellekt tətbiqi “ChatGPT”-ni inkişaf etdirən “OpenAI”-nin həmtəsisçisi Sam Altmanın keçən həftə top menecer vəzifəsindən qovulmasından sonra Altman "Microsoft"-a süni intellekt tədqiqatlarının rəhbəri kimi qatılıb. Bu xəbərdən sonra “Microsoft”-un səhmləri 2%-dən çox dəyər qazandı. Çip istehsalçısı “Nvidia”-nın səhmləri də sabah açıqlanacaq balans hesabatından əvvəl 2%-dən çox bahalaşıb.
FED-in pul-kredit siyasətinə gəldikdə isə, bank rəsmilərinin şifahi təlimatları izlənməyə davam edərkən, Riçmond FED sədri Tomas Barkin iqtisadi məlumatların qiymət artımında sürətinin yavaşladığı halda iqtisadiyyatın böyüdüyünü, lakin bu irəliləyişin FED-ii inflyasiyaya qarşı qələbəsini elan etmək üçün kifayət etmədiyini ifadə etdi. Diqqətin inflyasiyanın hədəfə qədər azaldılmasına yönəldiyini təkrarlayan Barkin, inflyasiyanı "inadkar" olaraq gördüyünü bildirib. Faiz dərəcələrinin nə qədər yüksək qalacağına gəlincə, Barkin bunun inflyasiyanın gedişindən asılı olacağını qeyd edib.
Analitiklər, investorların monetar siyasət ilə bağlı perspektivləri qiymətləndirməyə davam etdiklərini və siyasətin gedişatına dair daha çox ipucunun bugün dərc olunacaq bankın son iclasının protokollarında axtarılacağını bildiriblər.
İstiqraz faizlərindəki eniş davam edərkən, ABŞ-ın 10 illik istiqraz faizləri 4.42%-ə enib.
Dollar indeksi (DXY) qarşısında güclü mövqelərini qoruyan major valyutaların qiymətlərində bahalaşma davam edir. Belə ki, EUR/USD 1.0960, GBP/USD 1.2530 hədlərinə kimi bahalaşmış, USD/JPY və USD/CHF məzənnələri isə müvafiq olaraq 147.35 və 0.8830 hədlərinə qədər ucuzlaşıblar.
Hazırda 1992$-dan təklif edilən qızılda isə (XAU/USD) “buğalar” qiyməti 1990$ həddinin üzərində qoruyub saxladıqları müddətcə, artım tendensiyası 2010$-a kimi davam edə bilər.
Bu gün isə Bakı vaxtı ilə saat 14:15-də İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin saat 20:00-da isəAvropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışlar, həmçinin saat 23:00-da FED-in son toplantısının dərc olunacaq protokolları major valyutaların, əsasən də EUR/USD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər. Eləcə də bugün saat 19:00-da isə Amerikanın mənzil bazarındakı satışlara dair statistik rəqəmlər dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
2 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
3 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq





















